Logo
    main-post-cover

    OpenAI əvəzində heç bir şey təklif etmədən 1 trilyon dollarlıq maliyyələşdirməni necə axtarır?

    Tech-Biznes
    15.10.2025
    Emil
         OpenAI startapının fenomeni - artıq süni intellektin hesablama infrastrukturunun inkişafı üçün 1 trilyon dollardan çox vəsait cəlb etməyi planlaşdıran bir şirkətin - investorlar baxımından əsasən təminatsız kapital toplamasındadır. Şirkət, buna baxmayaraq, yalnız yeni maliyyə mənbələrini deyil, həm də gəlir əldə etmə üsullarını əhatə edən beşillik biznes-plan hazırlamağa çalışır. Financial Times-ın biznes-planın hazırlanma prosesi ilə tanış mənbələrinə görə, yaxın illərdə OpenAI gəlirini Sora istifadəçilərindən, müxtəlif süni intellekt agentlərindən, həmçinin şirkətlər və dövlətlər üçün fərdi şəkildə uyğunlaşdırılmış xidmətlərdən əldə etməyi planlaşdırır. OpenAI əlavə kreditləri innovativ üsullarla cəlb etməyə də ümid edir. ABŞ-da 500 milyard dollarlıq hesablama infrastrukturu yaradılmasını nəzərdə tutan “Stargate” layihəsi OpenAI-nin ixtisaslaşmış resurs provayderinə çevrilməsi üçün istifadə olunacaq.
         Süni intellekt infrastrukturu ilə yanaşı, startap onlayn reklam bazarında da fəaliyyət göstərmək və istehlakçılar üçün yeni texnoloji məhsullar - o cümlədən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive ilə birlikdə hazırlanmaqda olan süni intellektlə işləməyə yönəlmiş fərdi cihaz təqdim etməyi planlaşdırır. Şirkət investorlara konkret tarixlərə əsaslanan planlar göstərməli olacaq, çünki qeyri-müəyyən məqsədlər üçün toplanan investisiyaların ümumi məbləği artıq çoxdan 1 trilyon dolları keçib. Yalnız ötən ay OpenAI tərəfdaşları ilə birlikdə 26 giqavattlıq hesablama gücünə malik infrastrukturların inşası barədə razılığa gəlib. İnvestisiya icmasında OpenAI və onun tərəfdaşları tərəfindən süni intellekt bazarında yaradılan maliyyə balonu ilə bağlı narahatlıqlar getdikcə daha çox səslənir. Şirkət üçün beşillik planın hazırlanması asan məsələ deyil, çünki bu sahədə vəziyyət çox sürətlə dəyişir və belə uzunmüddətli proqnozlar vermək son dərəcə çətindir.
         Hazırkı inkişaf mərhələsində OpenAI illik təxminən 13 milyard dollar gəlir əldə edir, bunun 70%-i ChatGPT istifadəçilərindən toplanan abunə haqlarından formalaşır. Bu çat-botdan mütəmadi olaraq 800 milyondan çox insan istifadə etsə də, onların cəmi 5%-i ödənişli abunə sahibidir. Şirkət bu göstəricini ən azı 2 dəfə artırmaq niyyətindədir. ABŞ-da ChatGPT üçün standart abunə haqqı aylıq 20$ təşkil edir, lakin şirkət digər ölkələrdə bu xidməti daha əlçatan etməyi planlaşdırır. Məsələn, qiymət Hindistan, Filippin, Braziliya və yaşayış səviyyəsi nisbətən aşağı olan digər sıx məskunlaşmış regionlarda azaldılacaq. OpenAI həmçinin ChatGPT interfeysi vasitəsilə edilən alış-verişlərdən faiz qazanır və gələcəkdə öz xidmətlərində reklam inteqrasiyası yolu ilə monetizasiya planlaşdırır. Keçən həftə şirkətin rəhbəri Sam Altman etiraf edib ki, o, Instagram-ın reklamın fərdiləşdirilməsi modelini bəyənir və bu istiqamətdə müəyyən addımlar ata bilər, lakin ümumilikdə OpenAI reklam məsələsinə çox ehtiyatla yanaşır.
         OpenAI şirkətinin 2025-ci ilin ilk yarısında əməliyyat zərərləri 8 milyard dolları ötüb, buna görə də yaxın vaxtlarda mənfəət əldə etməkdən danışmaq hələ tezdir. Hazırda bu problem şirkət rəhbərliyini ciddi narahat etmir, çünki onlar hesab edirlər ki, təxminən 4 ildən sonra süni intellekt sahəsindəki investisiyalar gəlir gətirməyə başlayacaq. İllik gəlirin 2 dəfə artmasına baxmayaraq, OpenAI hələ də zərər içindədir. Şirkətin rəhbəri Sam Altman-ın sözlərinə görə, OpenAI-nin mənfəətə keçməsi onun “ilk 10 prioriteti” sırasında deyil. Keçən həftə OpenAI prezidenti Greg Brockman belə deyib: “Əgər bizdə hesablama gücü 10 dəfə çox olsaydı, inanmıram ki, gəlirimiz də tam olaraq 10 dəfə artsın, amma fərq də o qədər böyük olmazdı”. OpenAI rəhbərliyi həmçinin hesab edir ki, süni intellekt sahəsində hesablama xərcləri texnoloji tərəqqi və rəqabətin artması nəticəsində kəskin şəkildə azalacaq.
         Hesablama güclərinin yaradılmasına çəkilən xərclərin 2/3-nə qədər hissəsi yarımkeçirici komponentlərin alınmasına gedir. OpenAI, NVIDIA AMD arasında bağlanan müqavilələr mərhələli şəkildə qurulub - yəni OpenAI yeni hesablama gücləri istifadəyə verildikcə onlara ödəniş edəcək. Lakin hər bir giqavatt hesablama gücü üçün ayrıca nüvə reaktoru tələb olunur və bu, OpenAI və onun tərəfdaşları üçün enerji təminatı baxımından ciddi problemlər yarada bilər. Ənənəvi ödəmə qabiliyyəti meyarlarına əsaslansaq, OpenAI investisiyalar üçün o qədər də cəlbedici görünmür. Bununla belə, şirkət maliyyə cəlb etməyin yeni yollarını tapmağa çalışır və tərəfdaşlarla eyni vəsaitlərin dövriyyə etdiyi “dairəvi maliyyə sxemlərindən” çəkinmir. OpenAI-yə tərəfdaşlarla müqavilələrin hazırlanmasında kömək etmiş maliyyə məsləhətçilərindən biri bunu belə izah edib: “Kənardan baxanda bu şirkətin nümayəndələri barlarda gəzişən sərxoş dənizçiləri xatırladırlar - hər yerdə borc kağızı qoyurlar. Amma onların texnologiyaya, məhsullara, biznes-planlara və baş verənlərə dair çox aydın strategiyaları var”.
    Paylaş
    Bənzər xəbərlər
    openai-terkibinde-suni-intellektin-istifadeci-psxologiyasina-tesiri-uzre-xususi-sura-yaradilib
    Süni İntellekt

    OpenAI tərkibində süni intellektin istifadəçi psxologiyasına təsiri üzrə xüsusi şura yaradılıb

    Süni intellekt əsaslı çat-botların, o cümlədən ChatGPT-nin müəyyən hallarda psixoloji cəhətdən həssas istifadəçilərə mənəvi zərər vura bilməsi məlum olduqdan sonra, OpenAI öz xidmətlərinin təhlükəsizliyini artırmaq məsələsini ciddi şəkildə gündəmə gətirdi.
    chatgpt-istifadecilerle-hessas-o-cumleden-intim-movzularda-sohbetler-apara-bilecek
    Proqram Təminatı

    ChatGPT istifadəçilərlə həssas, o cümlədən intim mövzularda söhbətlər apara biləcək

    OpenAI tezliklə yaşını təsdiqləmiş yetkin ChatGPT istifadəçilərinə süni intellekt əsaslı çat-botla məzmunu həssas xarakter daşıyan yazışmalar aparmağa icazə verəcək. Bu barədə şirkətin rəhbəri Sam Altman məlumat verib.
    openai-hamidan-suretle-boyuyur-lakin-perspektivler-hele-dumanlidir
    Tech-Biznes

    OpenAI hamıdan sürətlə böyüyür, lakin perspektivlər hələ dumanlıdır

    OpenAI-nin inkişafı üçün böyük məbləğdə vəsait cəlb etmək qabiliyyəti strateji investorların süni intellekt sahəsinə yatırımların səmərəliliyinə olan inamlarının artdığını göstərir. Bununla belə, OpenAI ilə bağlı yeni investisiya razılaşmaları bu startapın kapital strukturunu daha da mürəkkəbləşdirir və investorlar üçün maddi gəlir perspektivlərini aydınlaşdırmır.
    openai-ile-broadcom-arasinda-strateji-emekdasliq-imzalanib
    Tech-Biznes

    OpenAI ilə Broadcom arasında strateji əməkdaşlıq imzalanıb

    OpenAI və Broadcom ümumi gücü 10 giqavatt olan OpenAI tərəfindən hazırlanmış xüsusi süni intellekt sürətləndiricilərinin yaradılması və mərhələli şəkildə tətbiqi üzrə əməkdaşlıq elan ediblər. OpenAI öz çiplərində qabaqcıl süni intellekt modellərinin yaradılması prosesində əldə etdiyi təcrübə və bilikləri birbaşa aparat səviyyəsində inteqrasiya etməyi planlaşdırır.
    openai-suni-intellekt-dovrunu-teyin-edib-ve-onun-merkezine-cevrilib
    Tech-Biznes

    OpenAI süni intellekt dövrünü təyin edib və onun mərkəzinə çevrilib

    Hazırda İT sənayesi süni intellekt texnologiyalarının boom dövrünü yaşayır və bu prosesin mərkəzində OpenAI şirkəti dayanır. CNBC yazır ki, onun bu qədər güclü dominantlığı Silikon Vadisəsində indiyədək görünməmiş bir haldır.