
ChatGPT istifadəçilərlə həssas, o cümlədən intim mövzularda söhbətlər apara biləcək
Proqram Təminatı
15.10.2025
Emil
OpenAI tezliklə yaşını təsdiqləmiş yetkin ChatGPT istifadəçilərinə süni intellekt əsaslı çat-botla məzmunu həssas xarakter daşıyan yazışmalar aparmağa icazə verəcək. Bu barədə şirkətin rəhbəri Sam Altman məlumat verib. Yenilik dekabr ayında - yaş məhdudiyyətlərinin tətbiqinə başlananda - istifadəyə veriləcək. Yaş məhdudiyyətləri mexanizmlərinin tətbiqi çərçivəsində, “böyüklərlə böyüklər kimi davranmaq” prinsipini əsas tutan OpenAI şirkəti, auditoriyanın müəyyən bir hissəsinə həssas, o cümlədən intim xarakterli alətlərə çıxış imkanı verəcək - deyə Altman bildirib. Bundan qısa müddət əvvəl OpenAI bildirmişdi ki, yaş yoxlanışı və nəzarət sistemlərinin tətbiqindən sonra tərtibatçılar yalnız böyüklər üçün nəzərdə tutulmuş ChatGPT versiyalarını yarada biləcəklər.

Qeyd edək ki, bu cür layihələr daha əvvəl Elon Musk-ın şirkəti xAI tərəfindən Grok tətbiqində həyata keçirilmişdi. OpenAI həmçinin ChatGPT-nin əlavə bir versiyasını buraxmağı planlaşdırır. Bu versiya insanların 4o modelində bəyəndikləri davranış tərzinə bənzər şəkildə davranacaq. Bu, tətbiqin daimi istifadəçiləri üçün sevindirici xəbərdir, çünki GPT-5-in debütü bir çoxları tərəfindən mənfi qarşılanmışdı - elə buna görə də şirkət cəmi bir gün sonra istifadəçilərin bir hissəsinə ünsiyyət baxımından daha xoş olan GPT-4o-ya çıxışı bərpa etdi. Bu, təsadüfi deyildi. Sam Altman etiraf edib ki, OpenAI ChatGPT-ni xeyli sərtləşdirmişdi, çünki şirkət psixi sağlamlıq məsələlərinə diqqət yetirdiyini göstərmək istəyirdi.

Lakin bu dəyişikliklər nəticəsində çat-bot psixi sağlamlıq problemi olmayan bir çox istifadəçi üçün daha az faydalı və cəlbedici olmuşdu. Buna görə də servisi elə alətlərlə təkmilləşdirmək qərara alınıb ki, onlar istifadəçilərdə mümkün psixi pozğunluq vəziyyətini daha effektiv müəyyən edə bilsin. Daha bir yenilik kimi, OpenAI rifah və süni intellekt məsələləri üzrə məsləhət şurası yaradıb. Bu şura yeni texnologiyaların və süni intellektin psixi sağlamlığa təsirini araşdıran 8 tədqiqatçı və mütəxəssisdən ibarətdir və şirkətə mürəkkəb və ya həssas hadisələrə reaksiya verməkdə kömək edəcək. “İndi ki, psixi sağlamlıqla bağlı kəskin problemləri azalda bildik və yeni alətlər əldə etdik, artıq minimal risklə çoxsaylı məhdudiyyətləri yumşalda biləcəyik” - deyə Sam Altman vurğulayıb.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
OpenAI hamıdan sürətlə böyüyür, lakin perspektivlər hələ dumanlıdır
OpenAI-nin inkişafı üçün böyük məbləğdə vəsait cəlb etmək qabiliyyəti strateji investorların süni intellekt sahəsinə yatırımların səmərəliliyinə olan inamlarının artdığını göstərir. Bununla belə, OpenAI ilə bağlı yeni investisiya razılaşmaları bu startapın kapital strukturunu daha da mürəkkəbləşdirir və investorlar üçün maddi gəlir perspektivlərini aydınlaşdırmır.

Tech-Biznes
OpenAI ilə Broadcom arasında strateji əməkdaşlıq imzalanıb
OpenAI və Broadcom ümumi gücü 10 giqavatt olan OpenAI tərəfindən hazırlanmış xüsusi süni intellekt sürətləndiricilərinin yaradılması və mərhələli şəkildə tətbiqi üzrə əməkdaşlıq elan ediblər. OpenAI öz çiplərində qabaqcıl süni intellekt modellərinin yaradılması prosesində əldə etdiyi təcrübə və bilikləri birbaşa aparat səviyyəsində inteqrasiya etməyi planlaşdırır.

Tech-Biznes
OpenAI süni intellekt dövrünü təyin edib və onun mərkəzinə çevrilib
Hazırda İT sənayesi süni intellekt texnologiyalarının boom dövrünü yaşayır və bu prosesin mərkəzində OpenAI şirkəti dayanır. CNBC yazır ki, onun bu qədər güclü dominantlığı Silikon Vadisəsində indiyədək görünməmiş bir haldır.

Proqram Təminatı
ChatGPT istifadəçiləri öz çatlarını yenidən geri qaytarılmadan silə bilərlər
Bu ilin əvvəlində məhkəmə OpenAI şirkətini istifadəçi çatlarının jurnallarını (loqlarını) onların silindikləri halda belə saxlamağa məcbur etmişdi. Lakin indi istifadəçilər öz çatlarını yenidən geri qaytarılmadan silə bilirlər.

Təhlükəsizlik
App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
OpenAI tərəfindən hazırlanmış və mətn təsvirinə əsasən videolar yaratmağa imkan verən Sora tətbiqinin sürətli şəkildə məşhurluq qazanması bir çox dələduzları bundan qazanc əldə etməyə cəhd göstərməyə vadar edib.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
