
App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
Təhlükəsizlik
13.10.2025
Emil
OpenAI tərəfindən hazırlanmış və mətn təsvirinə əsasən videolar yaratmağa imkan verən Sora tətbiqinin sürətli şəkildə məşhurluq qazanması bir çox dələduzları bundan qazanc əldə etməyə cəhd göstərməyə vadar edib. Halbuki bu süni intellekt əsaslı video generatoru hələlik yalnız iOS cihazlarında mövcuddur və onu yükləmək üçün dəvət almaq tələb olunur. Buna baxmayaraq, App Store-da artıq adında Sora və ya Sora 2 ifadəsi olan çoxlu sayda saxta tətbiqlər peyda olub (ikinci variant OpenAI-nin yeni video generasiya modeli ilə əlaqələndirilir). Maraqlıdır ki, bu saxta tətbiqlər hər hansısa şəkildə Apple platformasında dərc olunmazdan əvvəl yoxlama prosesindən keçməyi bacarırlar - halbuki onların adında OpenAI-yə məxsus qeydiyyatdan keçmiş ticarət nişanı olan “Sora” sözü istifadə olunur.

Bundan əlavə, Sora alqoritmi mobil tətbiq istifadəyə verilməzdən əvvəl də texnoloji dairələrdə yaxşı tanınırdı. Appfigures analitika platformasının məlumatına görə, App Store-da Sora tətbiqi yayımlandıqdan sonra onunla oxşar ada malik saxta tətbiqlər peyda olub. Onların yarıdan çoxunun adında “Sora 2” ifadəsi istifadə edilib. Bu tətbiqlərin bəziləri əvvəllər App Store-da başqa adlarla da görünmüşdü. Mütəxəssislərin hesablamalarına əsasən, saxta Sora tətbiqləri ümumilikdə App Store-dan təxminən 300 000 dəfə yüklənib, bunun 80 000-i isə rəsmi Sora tətbiqinin istifadəyə verilməsindən sonrakı dövrə təsadüf edir.

Müqayisə üçün, rəsmi Sora tətbiqi cəmi bir neçə gün ərzində 1 milyondan dəfədən çox yüklənib. Demək olar ki, bütün bu imitasiya tətbiqlər Sora-nın işə salınmasından dərhal sonra yenilənib. Görünür, onların sahibləri istifadəçilərin axtarış sorğularından faydalanmaq məqsədilə tətbiqlərin adlarını dəyişiblər. Lakin bu tətbiqlərin Apple moderatorlarının yoxlamasından necə keçdiyi məlum deyil. Nəticədə onların çoxu sonradan App Store-dan silinib. Ən çox yüklənmiş tətbiq isə “Sora 2 - AI Video Generator” olub, yüklənmə sayı 50 000-in üzərindədir. Qiymətləndirmələrə görə, bu saxta tətbiqlər cəmi qısa müddət ərzində 160 000$-dan çox gəlir əldə ediblər.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər
OpenAI son nəsil GPT-5 süni intellekt modellərinə “stres testi” tətbiq edib və onların şirkətin ən vacib məqsədlərindən birinə - “ChatGPT heç bir istiqamətdə siyasi qərəzli olmamalıdır” - digər modellərdən daha çox yaxınlaşdığını müəyyənləşdirib.

Proqram Təminatı
OpenAI-nin Sora tətbiqi 5 gündən az müddətdə 1 milyon dəfədən çox yüklənib
OpenAI tərəfindən bir müddət əvvəl təqdim olunmuş video generasiya tətbiqi Sora 5 gündən az müddətdə 1 milyondan çox dəfə yüklənib. Bu barədə Sora komandasının rəhbəri Bill Peebles sosial şəbəkə X-dəki hesabında məlumat verib.

Proqram Təminatı
OpenAI ChatGPT-nin əməliyyat sisteminə mümkün çevrilməsindən danışıb
OpenAI-də ChatGPT məhsulunun rəhbəri Nick Turley bildirib ki, şirkət çat-botu tam funksional bir platformaya çevirmək niyyətindədir - bu platforma öz tətbiqlər ekosisteminə malik əməliyyat sistemi kimi işləyəcək.

Təhlükəsizlik
70 000 Discord istifadəçisinin şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlər sızdırılıb
Discord platforması bildirib ki, texniki dəstək xidməti göstərən üçüncü tərəf provayderinin sisteminə edilmiş kiberhücum nəticəsində təxminən 70 000-ə yaxın istifadəçinin şəxsi məlumatları, o cümlədən şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin fotoları sızdırıla bilərdi.

Təhlükəsizlik
Şimali Koreya hakerləri 2025-ci ilin əvvəlindən 2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Elliptic mütəxəssislərinin hesablamalarına görə, bu ilin əvvəlindən Şimali Koreyadan olan hakerlər ümumilikdə 2 milyard dollardan çox dəyərində kriptovalyuta aktivlərini ələ keçiriblər - bu, Şimali Koreya kibercinayətkarları üçün rekord göstəricidir.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
