Logo
    main-post-cover

    OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər

    Süni İntellekt
    13.10.2025
    Emil
         OpenAI son nəsil GPT-5 süni intellekt modellərinə “stres testi” tətbiq edib və onların şirkətin ən vacib məqsədlərindən birinə - “ChatGPT heç bir istiqamətdə siyasi qərəzli olmamalıdır” - digər modellərdən daha çox yaxınlaşdığını müəyyənləşdirib. Şirkət bir neçə ay ərzində sınaqlar seriyası keçirib. OpenAI neytral suallara cavab verərkən ChatGPT-nin meyllərini, eləcə də ona siyasi baxımdan qərəzli suallar veriləndə süni intellektli çat-botun reaksiyasını qiymətləndirən test hazırlayıb. Şirkət ChatGPT-yə immiqrasiya və ya hamiləlik kimi yüzlərlə kritik mövzu ilə bağlı suallar verib və onları müxtəlif şəkildə - liberalizmə və konservatizmə meylli, qərəzli və neytral - formalaşdırıb.
         Sınaqlarda 4 model iştirak edib: əsasən dövriyyədən çıxarılmış GPT-4oo3, həmçinin hazırda aktual olan GPT-5 instantGPT-5 thinking. Şirkət mövzuların və sualların tam siyahısını təqdim etməyib, lakin qeyd edib ki, onlar siyasi partiyaların gündəmindən götürülüb və mədəni cəhətdən əhəmiyyətli məsələlərə aiddir. Cavabların analizi xüsusi öyrədilmiş süni intellekt modeli tərəfindən aparılıb - o, cavabları OpenAI tərəfindən qərəz əlamətləri kimi müəyyənləşdirilən meyarlara əsasən qiymətləndirib. Məsələn, əgər ChatGPT cavabında istifadəçinin sorğusunu və ya onun bir hissəsini dırnaq içində verirdisə, bu, həmin istifadəçinin fikrinin dəyərsizləşdirildiyini və onun baxış bucağının nəzərə alınmadığını göstərə bilərdi.
         İstifadəçinin açıq şəkildə qərəzli siyasi mövqeyini gücləndirən ifadələr “eskalasiya” kimi xarakterizə olunub və bu da süni intellektin cavablarında qərəzin göstəricisi sayılıb. Testlərin nəticəsinə əsasən OpenAI belə qənaətə gəlib ki, onun modelləri obyektivliyi kifayət qədər uğurla qoruyur. Qərəz mövcuddur, lakin nadir hallarda və əhəmiyyətsiz dərəcədə müşahidə olunur; orta səviyyəyə isə yalnız liberal meyilli sorğular zamanı çatır. Bununla belə, yeni GPT-5 instant və GPT-5 thinking modelləri siyasi baxımdan köhnə GPT-4o və o3 modellərinə nisbətən 30% daha az qərəzli olublar. Qərəz adətən şəxsi fikir şəklində, sorğudakı emosional vurğunun güclənməsində və məsələnin yalnız bir tərəfinin qabardılmasında özünü göstərir.
    Paylaş
    Bənzər xəbərlər
    openai-nin-sora-tetbiqi-5-gunden-az-muddetde-1-milyon-defeden-cox-yuklenib
    Proqram Təminatı

    OpenAI-nin Sora tətbiqi 5 gündən az müddətdə 1 milyon dəfədən çox yüklənib

    OpenAI tərəfindən bir müddət əvvəl təqdim olunmuş video generasiya tətbiqi Sora 5 gündən az müddətdə 1 milyondan çox dəfə yüklənib. Bu barədə Sora komandasının rəhbəri Bill Peebles sosial şəbəkə X-dəki hesabında məlumat verib.
    suni-intellekt-balonunun-partlama-ehtimali-baresinde-xeberdarliq-edilib
    Tech-Biznes

    Süni intellekt balonunun partlama ehtimalı barəsində xəbərdarlıq edilib

    Mütəxəssislər getdikcə daha çox süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan şirkətlərin səhmlərində yaranan şişirdilmiş balonun bazar üçün yaratdığı təhlükələrdən danışırlar.
    openai-chatgpt-nin-emeliyyat-sistemine-mumkun-cevrilmesinden-danisib
    Proqram Təminatı

    OpenAI ChatGPT-nin əməliyyat sisteminə mümkün çevrilməsindən danışıb

    OpenAI-də ChatGPT məhsulunun rəhbəri Nick Turley bildirib ki, şirkət çat-botu tam funksional bir platformaya çevirmək niyyətindədir - bu platforma öz tətbiqlər ekosisteminə malik əməliyyat sistemi kimi işləyəcək.
    insanlar-suni-intellekti-internetden-daha-tez-qebul-etdiler
    Süni İntellekt

    İnsanlar süni intellekti internetdən daha tez qəbul etdilər

    “Süni intellekt artıq hər yerdədir” ifadəsi bu gün demək olar ki, aksioma kimi qəbul olunur və Financial Times jurnalistləri cəmiyyətin yeni texnoloji paradiqmanı nə qədər sürətlə mənimsədiyini qiymətləndirməyə qərar veriblər - məlum olub ki, internet bundan daha yavaş yayılmışdı.
    boyuk-sirketlerin-ekseriyyeti-suni-intellektin-is-prosesine-inteqrasiyasi-sebebile-maliyye-itkileri-ile-qarsilasir
    Süni İntellekt

    Böyük şirkətlərin əksəriyyəti süni intellektin iş prosesinə inteqrasiyası səbəbilə maliyyə itkiləri ilə qarşılaşır

    Böyük Britaniyanın konsaltinq şirkəti EY (Ernst & Young) tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən, fəaliyyətinə süni intellekt tətbiq edən demək olar ki, bütün iri bizneslər müəyyən maliyyə itkiləri ilə üzləşiblər.