Logo
    main-post-cover

    OpenAI-nin Sora tətbiqi 5 gündən az müddətdə 1 milyon dəfədən çox yüklənib

    Proqram Təminatı
    10.10.2025
    Emil
         OpenAI tərəfindən bir müddət əvvəl təqdim olunmuş video generasiya tətbiqi Sora 5 gündən az müddətdə 1 milyon dəfədən çox yüklənib. Bu barədə Sora komandasının rəhbəri Bill Peebles sosial şəbəkə X-dəki hesabında məlumat verib. O, qeyd edib ki, süni intellekt generatoru bu uğura OpenAI-nin məşhur süni intellekt botu ChatGPT-dən belə daha sürətlə çatıb. Hazırda ChatGPT-dən dünyada hər həftə 800 milyondan çox insan istifadə edir. Sora-nın nailiyyətini daha da təsirli edən məqam ondan ibarətdir ki, tətbiq yalnız Apple iOS əməliyyat sistemi ilə işləyən cihazlarda mövcuddur və onu yükləmək üçün xüsusi dəvət tələb olunur. Yəni Sora-nı yükləmək istəyən istifadəçi əvvəlcə xüsusi kod almalıdır.
         Bu məhdudiyyətlərə baxmayaraq, süni intellekt generatoru Apple App Store mağazasında reytinq cədvəlində birinci yerə yüksəlib. “Komanda sürətli artım tempinə çatmaq üçün fədakarcasına çalışır” - deyə Peebles X sosial şəbəkəsindəki son paylaşımlarından birində yazıb. Sora tətbiqinin istifadəyə verilməsi ictimaiyyətdə geniş rezonans doğurub, xüsusilə də alqoritmin müəllif hüquqlarını poza biləcəyi barədə müzakirələrə səbəb olub. Platformada müəllif hüquqları ilə qorunan bir çox personajların - məsələn, “SpongeBob SquarePants”, “Rick and Morty” və “South Park” kimi cizgi filmlərinin qəhrəmanlarının yer aldıqları videolar tapmaq mümkündür. Üstəlik, istifadəçilər bu cür videoları özləri də generasiya edə bilirlər.
         Televiziya, film və video sənayesinin maraqlarını təmsil edən Film Şirkətləri Assosiasiyası bəyan edib ki, assosiasiya üzvlərinə məxsus filmlərin, şouların və personajların hüquqlarını pozan videolar OpenAI platformasında geniş yayılıb. Assosiasiyanın baş direktoru Charles Rivkin bildirib ki, OpenAI bu problemi həll etmək üçün dərhal və qəti addımlar atmalıdır. O, əlavə edib ki, mövcud müəllif hüququ qanunvericiliyi müəlliflərin hüquqlarını qoruyur və bu vəziyyətə tam şəkildə şamil olunur. OpenAI-nin baş direktoru Sam Altman isə bildirib ki, şirkət yaxın zamanda müəllif hüquqlarının sahiblərinə bu hüquqlarla qorunan kontentin idarə olunması üçün daha çox imkan təqdim edəcək. Bu barədə o, ötən həftənin sonunda şirkətin bloqunda paylaşım edib.
    Paylaş
    Bənzər xəbərlər
    openai-chatgpt-nin-emeliyyat-sistemine-mumkun-cevrilmesinden-danisib
    Proqram Təminatı

    OpenAI ChatGPT-nin əməliyyat sisteminə mümkün çevrilməsindən danışıb

    OpenAI-də ChatGPT məhsulunun rəhbəri Nick Turley bildirib ki, şirkət çat-botu tam funksional bir platformaya çevirmək niyyətindədir - bu platforma öz tətbiqlər ekosisteminə malik əməliyyat sistemi kimi işləyəcək.
    sigorta-sirketleri-openai-ve-anthropic-ile-islemekden-imtina-edibil
    Tech-Biznes

    Sığorta şirkətləri OpenAI və Anthropic ilə işləməkdən imtina ediblər

    OpenAI və Anthropic öz bizneslərini məhkəmə iddiaları ilə bağlı potensial itkilərdən sığortalamağa çalışarkən problemlərlə üzləşiblər. Bu səbəbdən şirkətlər sığorta şirkətlərinin süni intellektlə əlaqəli risklər üçün kompleks sığorta təmin etməkdən imtina etmələri fonunda çoxmilyardlı iddiaları həll etmək üçün investor vəsaitlərindən istifadə imkanını nəzərdən keçirirlər.
    openai-sayesinde-diger-sirketlerin-de-deyerleri-artib
    Tech-Biznes

    OpenAI sayəsində digər şirkətlərin də dəyərləri artıb

    OpenAI artıq dəfələrlə süni intellekt əsaslı məhsullarını inkişaf etdirən digər texnoloji şirkətlərlə əməkdaşlıq qabiliyyətini sübut edib. Bloomberg agentliyinin qeyd etdiyi kimi, OpenAI-nin kommersiya uğuru onun tərəfdaşlarına da müsbət təsir göstərir.
    kecmis-apple-bas-dizayneri-openai-ucun-artiq-15-20-ferqli-suni-intellekt-cihazini-fikirlesib
    Cihazlar+

    Keçmiş Apple baş dizayneri OpenAI üçün artıq 15-20 fərqli süni intellekt cihazını fikirləşib

    Bu ilin may ayına qədər artıq aydın olmuşdu ki, OpenAI təsir dairəsini yalnız proqram təminatı bazarı ilə məhdudlaşdırmaq niyyətində deyil və Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive tərəfindən yaradılmış startapı almaqla ağıllı cihazlar bazarına çıxmağı planlaşdırır.
    openai-proqramlasdirma-ucun-olan-codex-suni-intellekt-agentini-hami-ucun-istifadeye-verib
    Proqram Təminatı

    OpenAI proqramlaşdırma üçün olan Codex süni intellekt agentini hamı üçün istifadəyə verib

    Keçən ay OpenAI dinamik şəkildə tapşırıqlara vaxt ayıra bilən yenilənmiş süni intellekt agenti GPT-5-Codex-i təqdim etdi. Həmin vaxt o, ChatGPT Plus, Pro, Business, Edu və Enterprise abunəçiləri üçün əlçatan idi.