Logo
    main-post-cover

    OnePlus Pad 3R planşeti Geekbench testlərindən keçib

    Cihazlar+
    11.09.2025
    Emil
         OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad 3R-dən gedir. İndi isə məlum olub ki, bu yeni planşet Geekbench testlərindən keçib. Bunun sayəsində planşet barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu yeni planşetin prosessoru özündə 1 ədəd 3.35 GHz-lik nüvəni, 3 ədəd 3.2 GHz-lik nüvəni və 4 ədəd 2.2 GHz-lik nüvəni birləşdirir. Prosessorda qrafik imkanlardan isə ARM Mali-G615 MC6 qrafik çipi cavabdehdir. Bütün bunlar MediaTek Dimensity 8300 Ultra prosessoruna işarə edirlər. Geekbench testlərindən OnePlus Pad 3R-in 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, planşet qutudan Android 15-in əldə edəcək. Planşet Geekbench-in birnüvəli testi çərçivəsində 1305 xal, çoxnüvəli testi çərçivəsində isə 4010 xal toplayıb.
    Paylaş
    Bənzər xəbərlər