
Orta səviyyəli OnePlus Pad Lite planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
09.07.2025
Emil
OnePlus şirkəti Nord CE5 və Nord 5 smartfonlarından əlavə olaraq OnePlus Pad Lite adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı MediaTek Helio prosessorunu əldə edib. Beləliklə planşet 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Planşet özündə 4 ədəd səsgücləndiricini birləşdirir. Cihazın çəkisi 530 qram, gövdə qalınlığı isə 7.4 mm təşkil edir. Planşet MediaTek Helio G100 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Pad Lite özündə 5 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 9340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Pad Lite artıq satışa çıxıb və onun qiyməti 229 avrodan start götürür.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti bu ilin əvvəlində təqdim edilmiş OnePlus Watch 3 ağıllı saatının yenilənmiş versiyasını təqdim edib. Yneilənmiş versiya OnePlus Watch 3 43 mm adlanır.

Cihazlar+
Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti orta büdcəli Nord CE5-dən əlavə olaraq Nord 5 adlı subflaqman smartfonunu da təqdim edib. OnePlus Nord 5 xarici görünüşcə demək olar Nord CE5 modelinə bənzəyir və böyük ölçülü ekranı, Snapdragon prosessorunu, orta həcmli batareyanı əldə edib.

Cihazlar+
Qlobal bazarda orta büdcəli OnePlus Nord CE5 smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda orta büdcəli Nord CE5 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Pad Lite planşetinin dizaynı sərgilənib
OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad Lite-dan gedir. Sözügedən planşet 8 iyul tarixində təqdim olunmalıdır.

Proqram Təminatı
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
