
OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.07.2025
Emil
OnePlus şirkəti bu ilin əvvəlində təqdim edilmiş OnePlus Watch 3 ağıllı saatının yenilənmiş versiyasını təqdim edib. Yneilənmiş versiya OnePlus Watch 3 43 mm adlanır. Bu yeni versiya ilin əvvəlində təqdim edilmiş versiyanın kompakt ölçülü alternatividir. Adından da bəlli olduğu kimi yeni versiyanın gövdə ölçüsü 43 mm təşkil edir. OnePlus Watch 3 43 mm-in gövdəsi paslanmaz poladdan hazırlanıb və IP68 və 5ATM standartları üzrə sudan qorunma özəlliyinə sahibdir.

Ağıllı saat 466x466 piksel keyfiyyətli 1.32 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Cihaz Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışır və 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini əldə edib. Ağıllı saat ikili sistem (Google WearOS və RTOS) əsasında çalışır.

Bunun sayəsində cihaz adi istifadə rejimində 60 saat, enerjiyə qənaət rejimində isə 7 gün ərzində çalışa bilir. OnePlus Watch 3 43 mm 100-dən çox idman rejimini dəstəkləyir. O, ürək döyüntüləri tezliyini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə tənəffüs prosesini monitorinq edə bilir. Nəticədə cihaz yuxu keyfiyyətini və tənəffüs parametrlərini təyin edir. Ağıllı saatda həmçinin Bluetooth 5.2, Wi-Fi 6 və NFC dəstəyi reallaşdırılıb. OnePlus Watch 3 43 mm artıq satışa çıxıb və onun qiyməti 299 avro təşkil edir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti orta büdcəli Nord CE5-dən əlavə olaraq Nord 5 adlı subflaqman smartfonunu da təqdim edib. OnePlus Nord 5 xarici görünüşcə demək olar Nord CE5 modelinə bənzəyir və böyük ölçülü ekranı, Snapdragon prosessorunu, orta həcmli batareyanı əldə edib.

Cihazlar+
Qlobal bazarda orta büdcəli OnePlus Nord CE5 smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda orta büdcəli Nord CE5 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Pad Lite planşetinin dizaynı sərgilənib
OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad Lite-dan gedir. Sözügedən planşet 8 iyul tarixində təqdim olunmalıdır.

Proqram Təminatı
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.

Cihazlar+
OnePlus gaming smartfon seriyası üzərində çalışır
OnePlus fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır və bu dəfə hədəf auditoriya kimi gamerlərə yönəlir. Yeni məlumatlara görə, şirkət mobil oyunlar üçün xüsusi nəzərdə tutulmuş smartfon seriyası üzərində çalışır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
