
Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
08.07.2025
Emil
OnePlus şirkəti orta büdcəli Nord CE5-dən əlavə olaraq Nord 5 adlı subflaqman smartfonunu da təqdim edib. OnePlus Nord 5 xarici görünüşcə demək olar Nord CE5 modelinə bənzəyir və böyük ölçülü ekranı, Snapdragon prosessorunu, orta həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Nord 5 smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1240 piksel keyfiyyətli 6.83 düym ölçülü Swift AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfonun gövdəsi IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Nord 5 özündə 50 MP + 8 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hindistan bazarında smartfonun 6800 mAh enerji tutumlu batareya ilə təchiz olunmuş versiyası satılacaq. OnePlus Nord 5 artıq Avropada satışa çıxıb və onun qiyməti 449 avrodan start götürür.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qlobal bazarda orta büdcəli OnePlus Nord CE5 smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda orta büdcəli Nord CE5 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Pad Lite planşetinin dizaynı sərgilənib
OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad Lite-dan gedir. Sözügedən planşet 8 iyul tarixində təqdim olunmalıdır.

Proqram Təminatı
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.

Cihazlar+
OnePlus gaming smartfon seriyası üzərində çalışır
OnePlus fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır və bu dəfə hədəf auditoriya kimi gamerlərə yönəlir. Yeni məlumatlara görə, şirkət mobil oyunlar üçün xüsusi nəzərdə tutulmuş smartfon seriyası üzərində çalışır.

Cihazlar+
Qlobal bazarda OnePlus Pad 3 flaqman planşeti təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda kompakt ölçülü OnePlus 13s smartfonu ilə yanaşı OnePlus Pad 3 planşetini də təqdim edib. Şirkətin bu yeni planşeti böyük ölçülü ekranı və flaqman Snapdragon prosessoru ilə seçilir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
