
OnePlus 15-in ilk real fotosu ortaya çıxıb
Cihazlar+
16.09.2025
Emil
OnePlus şirkəti yaxın müddətdə və ya ilin sonuna kimi OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə internetdə bu yeni smartfonun ilk real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda OnePlus 15-in arxa paneli 3 müxtəlif gövdə rəngində əks olunub. Görmək olar ki, OnePlus 15 yeni gövdə dizaynını əldə edəcək. Onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində 3 ədəd kamera mövcud olacaq. Kameraların yerləşməsi baxımından kamera sahəsi iPhone-nun kamera sahəsinə bənzəyir. Məlumatda qeyd edilib ki, smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym ölçülü ekranla təchiz olunacaq. Çox güman ki, smartfon Snapdragon 8 Elite 5 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Pad 3R planşeti Geekbench testlərindən keçib
OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad 3R-dən gedir. İndi isə məlum olub ki, bu yeni planşet Geekbench testlərindən keçib.

Cihazlar+
Hələ təqdim olunmamış OnePlus 15 smartfonu Geekbench testlərindən keçib
OnePlus şirkəti yaxın aylar ərzində OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub.

Cihazlar+
Büdcəli OnePlus Nord Buds 3r qulaqlığı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti Nord Buds 3r adlı yeni naqilsiz qulaqlığını təqdim edib. OnePlus Nord Buds 3r 12.4 mm-lik dinamik drayverlərlə təchiz olunub və bu drayverlər titan örtüklü vibrasiya membranına malikdirlər.

Cihazlar+
Orta səviyyəli OnePlus Pad Lite planşeti təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti Nord CE5 və Nord 5 smartfonlarından əlavə olaraq OnePlus Pad Lite adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı MediaTek Helio prosessorunu əldə edib.

Cihazlar+
OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti bu ilin əvvəlində təqdim edilmiş OnePlus Watch 3 ağıllı saatının yenilənmiş versiyasını təqdim edib. Yneilənmiş versiya OnePlus Watch 3 43 mm adlanır.
Ən çox oxunanlar

iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
