Honor Robot Phone adlı konsept smartfonu sərgilənib (VİDEO)
Cihazlar+
16.10.2025
Emil
Yeni Honor Magic 8 flaqman smartfonlarının təqdimatı çərçivəsində Honor şirkəti Robot Phone adlanan konsept smartfonunu sərgiləyib. Cihazın əsas xüsusiyyəti qatlana bilən mexaniki manipulyatora bərkidilmiş kameradır. Kamera süni intellektin köməyi ilə avtomatik fırlanaraq istənilən istiqamətdə çəkiliş apara bilir və bu da müxtəlif bucaqlardan çəkiliş üçün yeni imkanlar yaradır. Məlumata görə, bu smartfon hələlik yalnız kompüter qrafikası şəklində konsept formatında mövcuddur. Onun gövdəsi adi smartfonlarla müqayisədə xeyli geniş görünür, arxa paneldə isə brend loqosunun əvəzinə yunan hərfi alfa yerləşdirilib. Bu işarə Honor şirkətinin özünü süni intellekt ekosistemlərinin aparıcı təchizatçısına çevirməyi hədəfləyən korporativ strategiyasını - Honor Alpha Plan proqramını - simvolizə edir.
Smartfonun əsas kamerası selfi çəkmək üçün qalxa bilir və bu zaman cizgi filmi səslərinə bənzər effektlər çıxarır. Kamera həmçinin müxtəlif mövqelərə hərəkət edə bilir ki, bu da onu 2019-cu ilin Asus Zenfone 6 modeli kimi cihazların daha təkmil varisi edir. Xarici görünüşünə görə, bu mexanizm DJI Osmo Pocket cihazında istifadə olunan sabitləşdiricili mini kameranı xatırladır. Şirkət bildirib ki, Robot Phone sadəcə bir alət deyil, həm də emosional yoldaşdır. O, robot kimi hiss edə, uyğunlaşa və müstəqil şəkildə inkişaf edərək sahibinin həyatını daha da zənginləşdirə bilər. Konsept haqqında daha ətraflı məlumat gələn ilin yaz fəslində keçiriləcək MWC 2026 sərgisində açıqlanacaq. Ehtimal olunur ki, həmin tədbirdə cihaz artıq virtual konsept deyil, fiziki model kimi nümayiş etdiriləcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Honor Watch 5 Pro ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Watch 5 Pro adlı yeni ağıllı saatını təqdim edib. Honor Watch 5 Pro özündə dairəvi gövdə dizaynını birləşdirir.
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyası ilə yanaşı MagicPad 3 Pro adlı flaqman planşetini də təqdim edib. Şirkətin bu yeni flaqman planşeti böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Cihazlar+
Honor Magic 8 və Magic 8 Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub: Honor Magic 8 və Magic 8 Pro. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də texniki imkanlar baxımından fərqlənirlər.
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
Honor şirkəti öz yeni flaqman planşetinin təqdimatını anons edib. Söhbət, MagicPad 3 Pro-dan gedir.
Cihazlar+
Honor Magic 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
Honor şirkəti rəsmi şəkildə Honor Magic 8 smartfon seriyasının təqdimatını anons edib. Bu seriyaya minimum iki model daxil olacaq: Honor Magic 8 və Magic 8 Pro.
Ən çox oxunanlar