Honor MagicPad 3 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.10.2025
Emil
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyası ilə yanaşı MagicPad 3 Pro adlı flaqman planşetini də təqdim edib. Şirkətin bu yeni flaqman planşeti böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor MagicPad 3 Pro planşeti 165 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2136 piksel keyfiyyətli 13.3 düym ölçülü LCD ekranla təchiz olunub.Planşet özündə 8 ədəd səsgücləndiricini birləşdirir. Planşetin gövdə qalınlığı 5.79 mm, çəkisi isə 595 qram təşkil edir. Planşet Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor MagicPad 3 Pro özündə 13 MP + 2 MP ikili arxa kameranı və 9 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 80 vatt gücündə sürətli şarj texnologiyalı 12 450 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor MagicPad 3 yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 533$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Honor Magic 8 və Magic 8 Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub: Honor Magic 8 və Magic 8 Pro. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də texniki imkanlar baxımından fərqlənirlər.
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
Honor şirkəti öz yeni flaqman planşetinin təqdimatını anons edib. Söhbət, MagicPad 3 Pro-dan gedir.
Cihazlar+
Honor Magic 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
Honor şirkəti rəsmi şəkildə Honor Magic 8 smartfon seriyasının təqdimatını anons edib. Bu seriyaya minimum iki model daxil olacaq: Honor Magic 8 və Magic 8 Pro.
Cihazlar+
Büdcəli Honor X5c Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X5c Plus-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Cihazlar+
Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib
Honor şirkəti yaxın müddətdə Honor Magic 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Pro olacaq. İndi isə məlum olub ki, Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib.
Ən çox oxunanlar