Honor Magic 8 və Magic 8 Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
Cihazlar+
16.10.2025
Emil
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub: Honor Magic 8 və Magic 8 Pro. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də texniki imkanlar baxımından fərqlənirlər. Beləliklə Honor Magic 8 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2760х1256 piksel keyfiyyətli 6.58 düym ölçülü OLED ekranla, Magic 8 Pro modeli isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2808х1256 piksel keyfiyyətli 6.71 düym ölçülü OLED ekranla təchiz olunub.
Hər iki modeldə ekranın maksimal parlaqlıq səviyyəsi 6000 nit təşkil edir və barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Üstəlik bu smartfonlarda gövdə IP68/69/69K standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Hər iki model Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Honor Magic 8 modeli özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı, Magic 8 Pro modeli isə özündə 50 MP + 50 MP + 200 MP üçlü arxa kameranı birləşdirir.
Hər iki smartfonda ön kamera 50 MP-likdir. Honor Magic 8 modeli 90 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə, Magic 8 Pro modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 7200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir. Honor Magic 8 seriyasının smartfonları 23 oktyabr tarixində Çində satışa çıxacaqlar. Honor Magic 8 modelinin qiyməti 631$-dan, Magic 8 Pro modelinin qiyməti isə 799$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
Honor şirkəti öz yeni flaqman planşetinin təqdimatını anons edib. Söhbət, MagicPad 3 Pro-dan gedir.
Cihazlar+
Honor Magic 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
Honor şirkəti rəsmi şəkildə Honor Magic 8 smartfon seriyasının təqdimatını anons edib. Bu seriyaya minimum iki model daxil olacaq: Honor Magic 8 və Magic 8 Pro.
Cihazlar+
Büdcəli Honor X5c Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X5c Plus-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Cihazlar+
Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib
Honor şirkəti yaxın müddətdə Honor Magic 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor Magic 8 Pro olacaq. İndi isə məlum olub ki, Honor Magic 8 Pro smartfonu Geekbench testlərindən keçib.
Cihazlar+
Orta büdcəli Honor X9d 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X9d 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu, böyük həcmli batareyanı və dözümlü gövdəni əldə edib.
Ən çox oxunanlar