Honor Watch 5 Pro ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Cihazlar+
16.10.2025
Emil
Honor şirkəti Honor Watch 5 Pro adlı yeni ağıllı saatını təqdim edib. Honor Watch 5 Pro özündə dairəvi gövdə dizaynını birləşdirir. Ağıllı saat 466x466 piksel keyfiyyətli 1.5 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Cihaz iki versiyada təqdim edilib. Birinci versiya Bluetooth dəstəyinə, ikinci versiya isə eSIM dəstəyinə sahibdir. Bluetooth dəstəyinə sahib versiyanın gövdəsi paslanmaz poladdan, eSIM dəstəyinə sahib versiyanın gövdəsi isə nanokristallik keramika və poladdan hazırlanıb. Ağıllı saatın gövdəsi IP68/69K və 5ATM standartları üzrə sudan və tozdan qorunma imkanına sahibdir.
Onda Lingtong adlı sensor sistemindən istifadə edilir. Bu isə ağıllı saat vasitəsilə ürək döyüntüləri tezliklərinin, qandakı okisgen miqdarının və təzyiq səviyyəsinin ölçmə dəqiqliyini artırır. Təzyiqin təmassız monitorinqi funksiyası cihazın sağlamlığın kompleks nəzarəti sahəsindəki imkanlarını genişləndirir. Honor Physical Checkup və Health Morning Report funksiyaları sayəsində istifadəçilər qan təzyiqi, qanda oksigen səviyyəsi, yuxu keyfiyyəti və ürək-damar risklərinin qiymətləndirilməsi də daxil olmaqla 10-dan çox əsas sağlamlıq göstəricisinə çıxış əldə edə bilərlər. Honor Watch 5 Pro yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 224$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyası ilə yanaşı MagicPad 3 Pro adlı flaqman planşetini də təqdim edib. Şirkətin bu yeni flaqman planşeti böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Cihazlar+
Honor Magic 8 və Magic 8 Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub: Honor Magic 8 və Magic 8 Pro. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də texniki imkanlar baxımından fərqlənirlər.
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
Honor şirkəti öz yeni flaqman planşetinin təqdimatını anons edib. Söhbət, MagicPad 3 Pro-dan gedir.
Cihazlar+
Honor Magic 8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
Honor şirkəti rəsmi şəkildə Honor Magic 8 smartfon seriyasının təqdimatını anons edib. Bu seriyaya minimum iki model daxil olacaq: Honor Magic 8 və Magic 8 Pro.
Cihazlar+
Büdcəli Honor X5c Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X5c Plus-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Helio prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Ən çox oxunanlar