
Qadın pasient donuz böyrəyi sayəsində 4 ay ərzində yaşaya bilib
Elm & Texnologiya
15.04.2025
Emil
Hazırda bu, donuz orqanı ilə insan həyatının ən uzun davam etdiyi haldır. Rekorda baxmayaraq, nəticələr hələ də ürəkaçan deyil - orqan qəfil fəaliyyətini dayandırdığı üçün böyrəyi çıxarmaq məcburiyyətində qalıblar. Son illərdə alimlər bir çox uğursuzluqla qarşılaşıblar, lakin insan donor orqanlarının çatışmazlığı fonunda ksenotransplantasiya (heyvan orqanlarının insanlara köçürülməsi) hələ də mühüm prioritet olaraq qalır. 2022-ci ildən etibarən alimlər genetik modifikasiya olunmuş (GMO) donuzların ürəyini, qaraciyərini və böyrəyini insanlara köçürüblər. Belə əməliyyatlar əvvəlcə həyatını itirmiş şəxslər üzərində orqanın funksiyasını qiymətləndirmək üçün aparılır, daha sonra isə xroniki xəstəliklərin ağır mərhələsində olan canlı xəstələr üzərində həyata keçirilir.
İndi isə Nyu-York Universitetinin alimləri GMO-donuzdan götürülmüş böyrəyin 53 yaşlı Alabama sakini olan və 9 il ərzində dializdə olan Towana Looney adlı qadına köçürülməsi ilə bağlı nəticələri açıqlayıblar. Science.org-un yazdığına görə, qadın donuz böyrəyi ilə 4 ay və bir neçə gün yaşayıb. Daha sonra orqan qəfil fəaliyyətini dayandırıb və həkimlər orqanı çıxarmaq və pasienti yenidən dializə qaytarmaq qərarına gəliblər. Alternativ seçim kimi əlavə immunosupressiya nəzərdən keçirilib, lakin həkimlər bu fikirdən imtina ediblər - o cümlədən orqanda ciddi zədələnmənin olması səbəbilə.
Towana Looney:

Tibbi qrupun bəyanatında bildirilir: “Böyrəyin rədd olunması, çox güman ki, infeksiyanın müalicəsi fonunda immunosupressiya rejiminin azaldılması ilə bağlıdır və ksenotransplantasiyanın özü ilə birbaşa əlaqəsi yoxdur”. Məsələnin dəqiq səbəbləri isə hələ öyrənilməlidir. Uğursuzluğa baxmayaraq, alimlər ksenotransplantasiyanın insan sağlamlığı üçün böyük potensiala malik olduğunu düşünürlər. Hələ ki, canlı insanlara edilən bütün donuz orqanı köçürmələri uğursuz nəticələnib, lakin tədqiqatçılar səbəbləri araşdırmağa və bu eksperimental müalicə metodunun maksimum təhlükəsizliyini təmin etməyə davam edirlər.
Köçürülən orqan Revivicor şirkəti tərəfindən təqdim olunub. Bu ilin əvvəlində şirkətə 44-ə qədər pasientin iştirakı ilə klinik sınaqlar keçirmək üçün rəsmi icazə verilib. Rəqib şirkət olan eGenesis də yaxın vaxtlarda oxşar icazə alacağını gözləyir. Alimlər ümid edirlər ki, bu klinik tədqiqatlar nəticəsində belə müalicənin effektivliyi, təhlükəsizliyi və məqsədəuyğunluğu ilə bağlı suallara nəhayət ki, aydınlıq gətiriləcək. Qeyd etmək vacibdir ki, hazırda ksenotransplantasiya insan donorundan uyğun orqan gözləyən şəxslər üçün keçid mərhələsi kimi nəzərdən keçirilir.
Mənbə: Science.org
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər müşahidə olunan ən uzaq - yəni ən erkən dövrə aid olan - böyük kütləli ölü qalaktikanı kəşf ediblər.

Elm & Texnologiya
Potensial yadplanetli həyat növünün yeni axtarış üsulu təklif edilib
Potensial yadplanetli həyat növü Yer üzündəki həyatdan xeyli fərqli ola bilər. Lakin yaşamağa uyğun planetlərin kəşfi və Yer üzündə ekstremal şəraitdə mövcud olan canlıların tapılması göstərir ki, həyat kainatda geniş yayılmış ola bilər və biz tək deyilik.

Elm & Texnologiya
Ən güclü rentgen şüalanması ifraz edən qara dəlik kəşf edilib
Əvvəllər qeyri-aktiv olmuş və təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən SDSS1335+0728 qalaktikasının mərkəzindəki superkütləli qara dəlik hal-hazırda ən güclü rentgen şüalanması partlayışlarını yaradır.

Elm & Texnologiya
Alimlər gizli qalaktikalar aşkar ediblər
Yeni kəşf kosmos haqda anlayışımızı dəyişə bilər. Astronomlar “gizli” qalaktikalar populyasiyasını aşkar ediblər və bu qalaktikalar kainatın bəzi sirlərinin açarını daşıya bilərlər. Əgər onların mövcudluğu təsdiqlənsə, bu, kainatda qalaktikaların sayı və onların təkamülü ilə bağlı mövcud modelləri alt-üst edəcək.

Elm & Texnologiya
Harvard alimi uzaq keçmişdə Marsda qədim sivilizasiyanın mövcud olduğunu iddia edir
Marsdakı qədim sivilizasiya nüvə müharibəsi nəticəsində məhv edilib. Bu, elmi-fantastik film ssenarisi kimi səslənsə də, Harvard Universitetindən olan alim John Brandenburg hesab edir ki, bu fəlakətli hadisə həqiqətən baş verib.
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
