
Harvard alimi uzaq keçmişdə Marsda qədim sivilizasiyanın mövcud olduğunu iddia edir
Elm & Texnologiya
11.04.2025
Emil
Marsdakı qədim sivilizasiya nüvə müharibəsi nəticəsində məhv edilib. Bu, elmi-fantastik film ssenarisi kimi səslənsə də, Harvard Universitetindən olan alim John Brandenburg hesab edir ki, bu fəlakətli hadisə həqiqətən baş verib. Onun fikrincə, bu hadisənin sübutlarını bu gün Marsda aşkar etmək mümkündür. Brandenburg-un qəribə nəzəriyyəsi ilk dəfə 2014-cü ildə ortaya çıxıb. O zaman alim belə bir fərziyyə irəli sürmüşdü ki, Mars planetinin qırmızı rəngi termonüvə partlayışı ilə əlaqəli ola bilər. Alim bildirib ki, Qırmızı planetin səthindəki kimyəvi elementlər Yer üzündəki nüvə poliqonlarının yaxınlığında tapılan elementlərlə üst-üstə düşür.

Ənənəvi baxışlara sadiq olan alimlər isə bildirirlər ki, süni nüvə partlayışına işarə edən krater və ya radioaktiv çöküntülərin izləri kimi etibarlı fiziki sübutlar mövcud deyil və vurğulayırlar ki, bu araşdırma nisbətən aşağı səviyyəli elmi jurnalda dərc olunub. Lakin indi Brandenburg-un nəzəriyyəsi yenidən diqqət cəlb edib. Fəlsəfə doktoru və elmi-fantastika yazıçısı Jason Reza Jorjani verdiyi son müsahibəsində Brandenburg-un araşdırmasını yenidən xatırladıb. O bu araşdırmanı Marsda bir zamanlar ağıllı həyatın mövcud olduğuna dair sübut kimi dəyərləndirib. Jorjani-nin sözlərinə görə, hər bir planetdə müxtəlif kimyəvi elementlərin izotoplarının müəyyən miqdarı olur və ksenon-129 izotop nisbəti bütün Günəş sistemində eynidir - Mars istisna olmaqla.
Brandenburg-un araşdırması Mars atmosferində ksenon-129-un yüksək konsentrasiyasını, həmçinin Qırmızı planetin səthində uran və toriumun izlərini göstərib. Ksenon-129 - sabit, radioaktiv olmayan bir qazdır və ksenonun bir variantıdır. Ksenon isə rəngsiz, qoxusuz və dadsız bir qaz olub, Yer atmosferində az miqdarda rast gəlinir. Ksenon-129 təbii şəkildə mövcud olsa da, o həmçinin termonüvə sintezi zamanı da açığa çıxa bilir. NASA əvvəllər Marsın şimal yarımkürəsində yerləşən Kidoniya regionunda gözləniləndən daha yüksək ksenon-129 izotop səviyyələri aşkar etmişdi.

Jorjani-nin fikrincə, bu bölgə süni şəkildə yaradılmış meqalitik quruluşlarla tanınır - onlardan biri üz formasını, digərləri isə nəhəng piramidaları xatırladır. Lakin NASA alimləri uzun müddətdir ki, bunun sadəcə işıq və kölgənin yaratdığı optik illüziya və səth morfologiyası ilə əlaqədar olduğunu bildirirlər. Həmçinin NASA daha əvvəl bəyan etmişdi ki, ksenon-129-un yüksək səviyyəsi bu qazın asteroid zərbələri nəticəsində Mars atmosferinə atılması ilə izah olunur. Lakin Brandenburg hesab edir ki, bu, Mars səthində baş vermiş termonüvə partlayışlarının qalıqlarıdır və Jorjani də bu fikri dəstəkləyir.
Harvard aliminin qəribə nəzəriyyəsində qeyd olunur ki, ksenon izotopunun miqdarı o qədər çoxdur ki, bunu başqa bir yolla izah etmək mümkün deyil. Brandenburg həmçinin iddia edir ki, Marsda bir zamanlar Yerə bənzər iqlim mövcud olub, burada Yerə oxşar heyvan və bitki həyatı, eləcə də ağıllı marslılar yaşayıb. Jorjani-nin sözlərinə görə, Brandenburg-un nəticələri bir zamanlar Marsda qədim bir sivilizasiyanın mövcud olduğunu və sonradan yoxa çıxdığını ətraflı şəkildə təsvir edən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) hesabatı ilə üst-üstə düşür. Lakin CIA heç vaxt Marsda sivilizasiya olduğunu rəsmi şəkildə təsdiqləməyib. Buna baxmayaraq, Jorjani deyir ki, əgər CIA məlumatlarını Brandenburg-un nəzəriyyəsi ilə tutuşdursaq,

Marsda nüvə müharibəsinin təxminən 100 milyon il əvvəl baş verdiyini ehtimal etmək olar. Jorjani 1984-cü ildə həyata keçirilmiş Mərkəzi Kəşfiyyat İdarəsinin gizli layihəsinə istinad edir. Bu layihədə özlərini ekstrasensor qabiliyyətlərə malik olduqlarını iddia edən şəxslər iştirak ediblər. Onların bəzilərinə Marsı məsafədən müşahidə etmək tapşırılıb. Bu layihənin detalları 2017-ci ildə məxfi statusdan çıxarılıb və son zamanlar internetdə yenidən gündəmə gəlib. Belə adlandırılan ekstrasenslər Marsda nəhəng piramidalara malik şəhər xarabalıqları gördüklərini bildiriblər. Eyni zamanda qeyd ediblər ki, planetin atmosferi artıq nəfəs almaq üçün yararsız hala gəlib. Layihə iştirakçıları həmçinin insanların ikiqatı boyda olan və insanabənzər varlıqları gördüklərini də söyləyiblər.
Mənbə: Daily Mail
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Robot vasitəsilə süni mayalandırılmış ilk uşaq dünyaya gəlib
Spermanın sitoplazmaya yeridilməsi metodu - süni mayalanmanın bir növü olan bu üsul 1990-cı illərdə hazırlanıb və bu günə qədər geniş şəkildə tətbiq olunur.

Elm & Texnologiya
Hüceyrə terapiyası siçanlarda Parkinson xəstəliyinin simptomlarını aradan qaldırıb
Alimlər Parkinson xəstəliyi zamanı neyrodegenerasiya əlamətlərinin aradan qaldırılması üçün təkmilləşdirilmiş insan kök hüceyrələrinin uğurla tətbiq olunduğunu bildiriblər.

Elm & Texnologiya
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olmasına dair sübut əldə edilib
Çin tərəfindən həyata keçirilmiş “Chang’e-6” missiyası ilə Yerə gətirilmiş Ay süxur nümunələrinin yeni tədqiqatı, Ayın görünməyən tərəfindəki mantiyada suyun miqdarının, Yerə yaxın tərəfindəki mantiyaya nisbətən daha az olduğunu göstərir.

Elm & Texnologiya
Günəş sistemindən kənarda Yerə bənzər planetdə ilk dəfə atmosfer aşkar edilib
L 98-59 c adlı qaya tipli planet, qırmızı cırtdan tipli bir ulduzun ətrafında fırlanır və bizdən 35 işıq ili uzaqlığında yerləşir - bu da kosmik ölçülərə görə yaxın məsafə hesab olunur.

Elm & Texnologiya
Yer üçün təhlükəli hesab edilmiş 2024 YR4 asteroidinin mənşəyi təyin edilib
Arxiv.org saytında 2024 YR4 adlı asteroidə dair ilk hərtərəfli qiymətləndirməni təqdim edən bir tədqiqat işi dərc olunub. Bu məqalə astronomiya sahəsində ən nüfuzlu elmi jurnallardan biri olan The Astrophysical Journal Letters üçün hazırlanıb.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
