
Ofis işləri üçün AOC U27P3UB adlı yeni monitor təqdim edilib
Elm & Texnologiya
27.11.2023
Emil
AOC şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor AOC U27P3UB adını əldə edib. Sözügedən noutbuk 75 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, HDR10 sertifikatına sahibdir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.2, USB 3.2 Gen 1 Type-A, USB 3.2 Gen 1 Type-B girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Xüsusi bərkidici sayəsində monitoru istənilən vəziyyətdə fiksləmək olar. AOC U27P3UB-nin nə zaman və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.



Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
AOC Q27G10E adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti Aegis Q27G4 ilə yanaşı daha bir gaming monitorunu təqdim edib.

Elm & Texnologiya
Aegis Q27G4 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti Aegis Q27G4 adlı yeni gaming monitorunu təqdim edib.

Elm & Texnologiya
AOC şirkəti 240 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib
AOC şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor AGON AG456UCZD adını əldə edib.
Ən çox oxunanlar

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
