
AOC Q27G10E adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
24.11.2023
Emil
AOC şirkəti Aegis Q27G4 ilə yanaşı daha bir gaming monitorunu təqdim edib. Bu dəfə söhbət, AOC Q27G10E adlı büdcəli monitordan gedir. Sözügedən monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. O, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. AOC Q27G10E monitoru 1 dekabr tarixində Çində satışa çıxacaq və 154$-a satılacaq. Onun digər regionlarda satılıb satılmayacağı isə bilinmir.

Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Aegis Q27G4 adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
AOC şirkəti Aegis Q27G4 adlı yeni gaming monitorunu təqdim edib.

Elm & Texnologiya
AOC şirkəti 240 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib
AOC şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor AGON AG456UCZD adını əldə edib.
Ən çox oxunanlar

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
