
AOC şirkəti 240 Hz-lik təsvir yenilənməsinə sahib yeni gaming monitorunu təqdim edib
Elm & Texnologiya
30.10.2023
Emil
AOC şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor AGON AG456UCZD adını əldə edib. Beləliklə AGON AG456UCZD adlı yeni gaming monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 45 düym OLED ekranla təchiz olunub. Ekranın özü əyilmiş dizayna sahibdir və onun maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. AGON AG456UCZD özündə iki ədəd HDMI 2.0 girişini, bir ədəd DisplayPort 1.4 girişini və bir ədəd USB Type-C girişini birləşdirir. USB-C girişi isə 90 vatt çıxış gücünə sahibdir. Bu yeni gaming monitorunun nə zaman və hansı qiymətə satışa çıxacağı bilinmir.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Uzaq keçmişdə Mars olduqca rütubətli planet olub
