Logo
    main-post-cover

    İlk dəfə laboratoriya şəraitində insan dişi yetişdirilib

    Elm & Texnologiya
    15.04.2025
    Emil
         Böyük Britaniyadan olan bir tədqiqat qrupu laboratoriyada dişlərin təbii inkişaf prosesini təkrar yaratmağa nail olub. Bu, böyüyən dişlər üçün uyğun mühit formalaşdıran xüsusi materialın hazırlanması sayəsində mümkün olub. İndi alimlər ya bütöv dişi laboratoriyada yetişdirərək onu pasientə implantasiya etməyi, ya da dişin rüşeymini - yəni erkən inkişaf mərhələsində olan toxumanı - pasientə yerləşdirərək onun təbii şəkildə böyüməsini və orqanizmdə tez uyğunlaşmasını planlaşdırırlar. Bu yeni diş yetişdirmə texnologiyası London Kral Kollecinin alimlərinə məxsusdur və onlar bu texnologiya üzərində 10 ildən çox çalışıblar.
         Plombimplantların bütün çatışmazlıqlarını nəzərə alaraq, alimlər dişin funksiyasını daha təbii üsulla bərpa etməyin yolunu axtarıblar. Nəticədə onlar hüceyrələrin bir-biri ilə ünsiyyət qurmasına imkan verən xüsusi bir material növü yaradıblar. Bu yanaşma dişin təbii inkişaf mühitini imitasiya edir və onun inkişaf etməsinə şərait yaradır. Bu material, hüceyrələrin dişin formalaşma prosesini başlatmaq üçün bir-birinə siqnallar göndərə bildiyi matriksə bənzər bir mühit yaradır. Hazırda alimlər artıq ilk insan dişlərini yetişdiriblər və bu texnologiyanın praktik stomatologiyada tətbiq yollarını araşdırırlar.
         İki əsas yanaşma mövcuddur: Birinci - artıq tam formalaşmış dişin boşluqda yerləşdirilməsi, ikinci isə dişin rüşeym mərhələsində yetişdirilərək ağız boşluğuna köçürülməsi və orada inkişaf etməsinin təmin olunmasıdır. Hansı yanaşmanın uyğunlaşma və rahatlıq baxımından üstün olduğu hələ tam müəyyən olunmayıb. Tədqiqatın həmmüəllifi Ana Angelova Volponi qeyd edib: “Bu texnologiya stomatoloji yardımı tamamilə dəyişə bilər. Gələcəkdə artıq protezlər və implantlar kimi süni materiallara ehtiyac qalmadan, təbii hüceyrə əvəzediciləri ilə dişlərin bərpası və regenerasiyası mümkün olacaq”.
    Paylaş
    Bənzər xəbərlər
    qadin-pasient-donuz-boyreyi-sayesinde-4-ay-erzinde-yasaya-bilib
    Elm & Texnologiya

    Qadın pasient donuz böyrəyi sayəsində 4 ay ərzində yaşaya bilib

    Hazırda bu, donuz orqanı ilə insan həyatının ən uzun davam etdiyi haldır. Rekorda baxmayaraq, nəticələr hələ də ürəkaçan deyil - orqan qəfil fəaliyyətini dayandırdığı üçün böyrəyi çıxarmaq məcburiyyətində qalıblar.
    alimler-en-boyuk-kutleli-olu-qalaktikani-kesf-edibler
    Elm & Texnologiya

    Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər

    Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər müşahidə olunan ən uzaq - yəni ən erkən dövrə aid olan - böyük kütləli ölü qalaktikanı kəşf ediblər.
    potensial-yadplanetli-heyat-novunun-yeni-axtaris-usulu-teklif-edilib
    Elm & Texnologiya

    Potensial yadplanetli həyat növünün yeni axtarış üsulu təklif edilib

    Potensial yadplanetli həyat növü Yer üzündəki həyatdan xeyli fərqli ola bilər. Lakin yaşamağa uyğun planetlərin kəşfi və Yer üzündə ekstremal şəraitdə mövcud olan canlıların tapılması göstərir ki, həyat kainatda geniş yayılmış ola bilər və biz tək deyilik.
    en-guclu-rentgen-sualanmasi-ifraz-eden-qara-delik-kesf-edilib
    Elm & Texnologiya

    Ən güclü rentgen şüalanması ifraz edən qara dəlik kəşf edilib

    Əvvəllər qeyri-aktiv olmuş və təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən SDSS1335+0728 qalaktikasının mərkəzindəki superkütləli qara dəlik hal-hazırda ən güclü rentgen şüalanması partlayışlarını yaradır.
    alimler-gizli-qalaktikalar-askar-edibler
    Elm & Texnologiya

    Alimlər gizli qalaktikalar aşkar ediblər

    Yeni kəşf kosmos haqda anlayışımızı dəyişə bilər. Astronomlar “gizli” qalaktikalar populyasiyasını aşkar ediblər və bu qalaktikalar kainatın bəzi sirlərinin açarını daşıya bilərlər. Əgər onların mövcudluğu təsdiqlənsə, bu, kainatda qalaktikaların sayı və onların təkamülü ilə bağlı mövcud modelləri alt-üst edəcək.