Logo
    main-post-cover

    Tərtibatçılar kütləvi şəkildə App Store-dan uzaqlaşırlar

    Tech-Biznes
    20.05.2025
    Emil
         ABŞ məhkəməsi Apple-ın xarici ödənişlər üçün tətbiq etdiyi 27% komissiyanı qanunsuz elan etdikdən sonra, tərtibatçılar kütləvi şəkildə alternativ ödəniş sistemlərinə keçməyə başlayıblar. Bloomberg-in məşhur insayderi Mark Gurman-ın yazdığına görə, Apple tərtibatçıları öz ekosistemi daxilində saxlamaq üçün App Store-dakı komissiya faizini azalda bilər. Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər yaxın vaxtlarda baş verə bilər. Daha əvvəl Apple alternativ ödənişlərə müəyyən şərtlərlə icazə verirdi. Yəni tərtibatçılar istifadəçiləri “xarici sistemlərin riskləri” barədə xəbərdar etməli və şirkətə 27% komissiya ödəməli idilər. Bu isə faktiki olaraq mənfəəti sıfıra endirirdi, çünki əksər ödəniş xidmətləri təxminən 3% komissiya alır.
         İndi isə, 9to5Mac saytının məlumatına görə, məhkəmə qərarına əsasən bu məhdudiyyətlər aradan qaldırılıb və bir çox tərtibatçı Apple-ın daxili ödəniş sistemindən imtina etməyə başlayıb. App Store Apple-a illik təxminən 20 milyard dollar gəlir gətirir və bu məbləğ əsasən 15-30% arası komissiyalar hesabına formalaşır. Gəlirləri qorumaq üçün şirkət ya məxfilik və təhlükəsizlik mövzusuna daha çox önəm verməli, ya da komissiya faizlərini azaltmalıdır. Gurman-ın fikrincə, Apple yaxın vaxtlarda tariflərini dəyişməyə məcbur olacaq, əks halda daha çox tərtibatçını itirmək riski ilə üzləşəcək.
         Hal-hazırda Apple məhkəmə qərarından apellyasiya şikayəti verib, lakin bu proses uzana bilər. Bu müddət ərzində, əgər şirkət komissiya siyasətini yenidən nəzərdən keçirməsə, əhəmiyyətli gəlir itkisinə uğraya bilər. Bununla belə, kiçik və orta səviyyəli tərtibatçıların Apple ilə əməkdaşlığa davam edəcəyi ehtimal olunur - xüsusilə tariflər daha sərfəli olarsa. Üstəlik, Apple-ın daxili ödəniş sistemi istifadəçilər üçün daha rahatdır: Kart məlumatlarını daxil etməyə ehtiyac yoxdur, sadəcə iki dəfə düyməyə toxunmaq kifayətdir.
    Mənbə: 9to5mac
    Paylaş
    Bənzər xəbərlər
    nazik-govdeli-iphone-17-air-innovasiyali-batareyani-elde-ede-biler
    Cihazlar+

    Nazik gövdəli iPhone 17 Air innovasiyalı batareyanı əldə edə bilər

    Mətbuatda dəfələrlə qeyd olunub ki, gələcək iPhone 17 Air-in ultranazik gövdəsi istifadəçilərə azaldılmış batareya tutumu bahasına başa gələcək.
    bezi-istifadeciler-apple-vision-pro-nu-aldiqlarina-gore-pesmandirlar
    Cihazlar+

    Bəzi istifadəçilər Apple Vision Pro-nu aldıqlarına görə peşmandırlar

    2024-cü ilin fevralında satışa çıxarılmış və təxminən 3500$ dəyərində olan Vision Pro artırılmış reallıq cihazı Apple həvəskarlarının gözləntilərini doğrultmayıb. The Wall Street Journal yazıb ki, istifadəçilər cihazın ağır olmasından, istifadənin məhdud ssenarilərindən və zəif proqram təminatı ekosistemindən narazılıq edirlər.
    resmi-vasinqton-apple-ile-alibaba-arasindaki-emekdasliqdan-narazidir
    Tech-Biznes

    Rəsmi Vaşinqton Apple ilə Alibaba arasındakı əməkdaşlıqdan narazıdır

    Apple-ın süni zəka funksiyalarını iPhone cihazlarına inteqrasiya etmək üçün Çin şirkəti Alibaba ilə mümkün tərəfdaşlığı Vaşinqtonda kəskin tənqidə səbəb olub.
    donald-trump-iphone-larin-hindistanda-istehsal-edilmesinden-narazidir
    Tech-Biznes

    Donald Trump iPhone-ların Hindistanda istehsal edilməsindən narazıdır

    ABŞ Prezidenti Donald Trump, Apple şirkətinin amerikalılar üçün iPhone-ları Hindistanda istehsal etmək təşəbbüsündən narazı qalıb və bu barədə şirkətin baş direktoru Tim Cook-a bildirib.
    apple-yeniden-dunyanin-en-bahali-brendi-secilib
    Tech-Biznes

    Apple yenidən dünyanın ən bahalı brendi seçilib

    Kantar adlı analitik şirkətin məlumatına görə, Apple artıq dördüncü ildir ki, dünyanın ən dəyərli qlobal brendləri reytinqinə başçılıq edir.