Logo
    main-post-cover

    Nazik gövdəli iPhone 17 Air innovasiyalı batareyanı əldə edə bilər

    Cihazlar+
    19.05.2025
    Emil
         Mətbuatda dəfələrlə qeyd olunub ki, gələcək iPhone 17 Air-in ultranazik gövdəsi istifadəçilərə azaldılmış batareya tutumu bahasına başa gələcək. Lakin Bloomberg-in məlumatına görə, Apple şirkəti bu vəziyyətdən çıxış yolu tapıb. Bloomberg-ə məlum olub ki, iPhone 17 Air Yaponiyanın TDK şirkətinə məxsus qabaqcıl silisium anodlu batareya ilə təchiz olunacaq. Bildirilib ki, bu texnologiya sayəsində Apple əvvəlki ölçünü saxlayaraq batareya tutumunu 15% artıracaq.
         Bu isə qalınlığı cəmi 5.5 mm olacaq ultranazik cihaz üçün son dərəcə vacibdir. Batareyadan əlavə, Apple iOS əməliyyat sistemini də optimallaşdıracaq ki, bu da iPhone 17 Air-in enerji baxımından avtonom işləmə müddətini mövcud iPhone modelləri ilə müqayisə edilə biləcək səviyyədə saxlayacaq. Smartfon enerjiyə qənaətcil C1 modemi ilə təchiz olunacaq və ultra genişbucaqlı kamera ilə gəlməyəcək, çünki onun yeri batareya üçün ayrılacaq. Məlumdur ki, TDK artıq təmiz silisium əsaslı yeni nəsil batareyalar üzərində işləyir və bu batareyalar 10 dəfə daha yüksək tutuma malik olacaq.
    Mənbə: Bloomberg
    Paylaş
    Bənzər xəbərlər
    bezi-istifadeciler-apple-vision-pro-nu-aldiqlarina-gore-pesmandirlar
    Cihazlar+

    Bəzi istifadəçilər Apple Vision Pro-nu aldıqlarına görə peşmandırlar

    2024-cü ilin fevralında satışa çıxarılmış və təxminən 3500$ dəyərində olan Vision Pro artırılmış reallıq cihazı Apple həvəskarlarının gözləntilərini doğrultmayıb. The Wall Street Journal yazıb ki, istifadəçilər cihazın ağır olmasından, istifadənin məhdud ssenarilərindən və zəif proqram təminatı ekosistemindən narazılıq edirlər.
    resmi-vasinqton-apple-ile-alibaba-arasindaki-emekdasliqdan-narazidir
    Tech-Biznes

    Rəsmi Vaşinqton Apple ilə Alibaba arasındakı əməkdaşlıqdan narazıdır

    Apple-ın süni zəka funksiyalarını iPhone cihazlarına inteqrasiya etmək üçün Çin şirkəti Alibaba ilə mümkün tərəfdaşlığı Vaşinqtonda kəskin tənqidə səbəb olub.
    donald-trump-iphone-larin-hindistanda-istehsal-edilmesinden-narazidir
    Tech-Biznes

    Donald Trump iPhone-ların Hindistanda istehsal edilməsindən narazıdır

    ABŞ Prezidenti Donald Trump, Apple şirkətinin amerikalılar üçün iPhone-ları Hindistanda istehsal etmək təşəbbüsündən narazı qalıb və bu barədə şirkətin baş direktoru Tim Cook-a bildirib.
    apple-yeniden-dunyanin-en-bahali-brendi-secilib
    Tech-Biznes

    Apple yenidən dünyanın ən bahalı brendi seçilib

    Kantar adlı analitik şirkətin məlumatına görə, Apple artıq dördüncü ildir ki, dünyanın ən dəyərli qlobal brendləri reytinqinə başçılıq edir.
    apple-3-foto-esasinda-3d-obyektler-yaradan-suni-zeka-alqoritmi-hazirlayib
    Süni İntellekt

    Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb

    Apple-ın machine learning komandası Nankin Universiteti və Honq Konq Elm və Texnologiya Universitetinin tədqiqatçıları ilə birlikdə Matrix3D adlı 3D süni zəka modelini hazırlayıb.