Logo
    main-post-cover

    Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb

    Süni İntellekt
    14.05.2025
    Emil
         Apple-ın machine learning komandası Nankin UniversitetiHonq Konq Elm və Texnologiya Universitetinin tədqiqatçıları ilə birlikdə Matrix3D adlı 3D süni zəka modelini hazırlayıb. Bu model cəmi bir neçə 2D fotoya əsaslanaraq 3D obyektləri və səhnələri bərpa etməyə imkan verir. Matrix3D, böyük fotoqrammetrik modellər (Large Photogrammetry Model) kateqoriyasına aiddir. Fotoqrammetriya - fotolardan istifadə edərək obyektlər haqqında məlumat əldə etmək və 3D modellər və ya xəritələr yaratmaq üçün ölçmələr aparmaq üsuludur.
         Hazırda bu proses müxtəlif modellərin istifadəsini - pozanın qiymətləndirilməsi və dərinliyin proqnozlaşdırılmasını əhatə edir ki, bu da bəzən qeyri-dəqiqliyə səbəb ola bilər. Matrix3D isə bu əməliyyatları vahid şəkildə yerinə yetirməyə imkan verir. Model şəkilləri, kamera parametrlərini (məsələn, bucaq və fokus məsafəsi), dərinlik məlumatlarını qəbul edir və birləşdirilmiş arxitektura vasitəsilə emal edir. Bu isə prosesi həm sadələşdirir, həm də dəqiqliyi artırır. Matrix3D modelinin öyrədilməsi üçün maskalanmış öyrənmə strategiyasından istifadə olunub.
         Bu strategiya çərçivəsində tədqiqatçılar məlumatların bir hissəsini gizlədir və bu da modelin həmin boşluqları öz-özünə doldurmağı öyrənməsinə səbəb olurdu. Bu metod əsas əhəmiyyət daşıyır, çünki modeli effektiv şəkildə hətta az və ya natamam məlumat dəstləri ilə öyrətməyə imkan verir. Nəticədə, cəmi 3 giriş şəkli ilə Matrix3D obyektlərin və hətta bütöv mühitlərin ətraflı 3D rekonstruksiyasını yarada bilir. Bu isə Apple Vision Pro kimi immersiv qurğularda istifadə oluna bilər. Tədqiqatçılar Matrix3D-nin mənbə kodunu GitHub-da yerləşdiriblər. Onlar həmçinin modelin imkanları ilə daha ətraflı tanış olmaq üçün xüsusi veb sayt da yaradıblar.
    Mənbə: 9to5mac
    Paylaş
    Bənzər xəbərlər
    cinde-iphone-larin-qiymetleri-keskin-sekilde-asagi-dusub
    Cihazlar+

    Çində iPhone-ların qiymətləri kəskin şəkildə aşağı düşüb

    ABŞ bazarının reallıqları fonunda Apple müştəriləri hazırda daha çox qiymət artımı ehtimalını və iPhone istehsalının əsas hissəsinin Çin əvəzinə ABŞ üçün Hindistana köçürülməsi məsələsini müzakirə edirlər. Lakin Çin bazarında tamamilə fərqli hadisələr baş verir.
    suni-zeka-qan-analizi-sayesinde-15-nov-xercengi-teyin-ede-bilir
    Süni İntellekt

    Süni zəka qan analizi sayəsində 15 növ xərçəngi təyin edə bilir

    Böyük Britaniyadan olan alimlər standart sağlamlıq göstəriciləri əsasında müxtəlif növ xərçənglərin erkən aşkarlanması üçün 2 alqoritm təqdim ediblər. Sadə diaqnostika, qeyri-spesifik simptomlarla müşayiət olunan xərçəngin aşkarlanmasında böyük irəliləyiş təmin edə bilər.
    apple-oz-cihazlarinin-fikir-gucu-ile-idaresi-texnologiyasini-hazirlayir
    Elm & Texnologiya

    Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır

    Apple şirkəti bildirib ki, cari ilin sonuna qədər iPhone smartfonlarında fiziki məhdudiyyətli istifadəçilər üçün yeni əlçatanlıq funksiyaları təqdim olunacaq. Söhbət App Store-da "Accessibility Nutrition" etiketlərindən və Mac üçün Magnifier tətbiqindən gedir.
    yaxin-zamanda-mentiq-yurude-bilen-suni-zekanin-inkisafinda-gerileme-ola-biler
    Süni İntellekt

    Yaxın zamanda məntiq yürüdə bilən süni zəkanın inkişafında geriləmə ola bilər

    Süni zəka sahəsi məntiq qabiliyyətinə malik modellərin göstəricilərindəki sürətli artımı uzun müddət saxlaya bilməyəcək. Bu barədə süni zəka sahəsindəki Epoch AI adlı qeyri-kommersiya  tədqiqat institutunun analitik hesabatında bildirilir.
    suni-zeka-termonuve-reaktorlarinin-hazirlanmasini-suretlendire-biler
    Süni İntellekt

    Süni zəka termonüvə reaktorlarının hazırlanmasını sürətləndirə bilər

    Microsoft şirkəti əmindir ki, süni zəka iqtisadi baxımdan kommersiya məqsədli səmərəli termonüvə reaktorlarının hazırlanmasını sürətləndirməyə kömək edə bilər. Bu reaktorlar gələcəkdə süni zəka ilə çalışacaq məlumat mərkəzlərinin enerji ilə təmin olunmasında istifadə oluna bilər. Hazırda belə bir reaktor mövcud deyil.