Logo
    main-post-cover

    Apple yenidən dünyanın ən bahalı brendi seçilib

    Tech-Biznes
    16.05.2025
    Emil
         Kantar adlı analitik şirkətin məlumatına görə, Apple artıq dördüncü ildir ki, dünyanın ən dəyərli qlobal brendləri reytinqinə başçılıq edir. Brendin dəyəri 1.3 trilyon dollara çatıb ki, bu da ötən ilin göstəricisindən 28% çoxdur. Hazırda Apple, BrandZ-in ilk 100-lüyündə yer alan şirkətlərin ümumi dəyərinin 12%-dən çoxunu təşkil edir. Kantar mütəxəssisləri qeyd edirlər ki, Apple “mənalı, unikal və yadda qalan” (Meaningful, Different and Salient) meyarlara cavab verir. Tədqiqat metodologiyasına əsasən, məhz bu keyfiyyətlər brendin güclü qalmasına və şirkətin qlobal bazarda iqtisadi qeyri-sabitliyə və kəskin rəqabətə baxmayaraq liderliyini qoruyub saxlamasına imkan verir.
         BrandZ hesabatının əsas tendensiyalarından biri süni zəka ilə bağlı brendlərin sürətli yüksəlişi olub. NVIDIA 1 il ərzində dəyərinin 152% artması sayəsində beşinci yerə yüksəlib, OpenAI tərəfindən yaradılmış ChatGPT isə reytinqə birbaşa 60-cı yerdən daxil olub və 43.5 milyard dollar dəyərində qiymətləndirilib. Kantar qeyd edir ki, süni zəka marketinq, məhsul inkişafı və media strategiyalarına yanaşmaları köklü şəkildə dəyişir. Bu texnologiyaları uğurla tətbiq edən şirkətlər arasında Coca-Cola, Reckitt PepsiCo da yer alır.
         Həmin brendlər süni zəkadan reklam kampaniyalarının lokallaşdırılması, yeni məhsulların yaradılması və biznes proseslərinin optimallaşdırılması üçün istifadə edirlər. Qeyd edək ki, BrandZ reytinqi artıq 20 ilə yaxındır tərtib olunur və burada şirkətlərin həm maliyyə göstəriciləri, həm də istehlakçılar tərəfindən brendin qavranılması nəzərə alınır. Bu il top-100-də yer alan şirkətlərin ümumi dəyəri 29% artıb ki, bu da qlobal bazarın iqtisadi qeyri-müəyyənlik dövründən sonra bərpasını əks etdirir.
    Mənbə: 9to5mac
    Paylaş
    Bənzər xəbərlər
    apple-3-foto-esasinda-3d-obyektler-yaradan-suni-zeka-alqoritmi-hazirlayib
    Süni İntellekt

    Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb

    Apple-ın machine learning komandası Nankin Universiteti və Honq Konq Elm və Texnologiya Universitetinin tədqiqatçıları ilə birlikdə Matrix3D adlı 3D süni zəka modelini hazırlayıb.
    cinde-iphone-larin-qiymetleri-keskin-sekilde-asagi-dusub
    Cihazlar+

    Çində iPhone-ların qiymətləri kəskin şəkildə aşağı düşüb

    ABŞ bazarının reallıqları fonunda Apple müştəriləri hazırda daha çox qiymət artımı ehtimalını və iPhone istehsalının əsas hissəsinin Çin əvəzinə ABŞ üçün Hindistana köçürülməsi məsələsini müzakirə edirlər. Lakin Çin bazarında tamamilə fərqli hadisələr baş verir.
    apple-oz-cihazlarinin-fikir-gucu-ile-idaresi-texnologiyasini-hazirlayir
    Elm & Texnologiya

    Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır

    Apple şirkəti bildirib ki, cari ilin sonuna qədər iPhone smartfonlarında fiziki məhdudiyyətli istifadəçilər üçün yeni əlçatanlıq funksiyaları təqdim olunacaq. Söhbət App Store-da "Accessibility Nutrition" etiketlərindən və Mac üçün Magnifier tətbiqindən gedir.
    iphone-larda-batareya-enerjisinin-serfiyyatina-suni-zeka-nezaret-edecek
    Proqram Təminatı

    iPhone-larda batareya enerjisinin sərfiyyatına süni zəka nəzarət edəcək

    Apple gələn ay keçiriləcək WWDC konfransında təqdim ediləcək iOS 19 ilə iPhone üçün genişmiqyaslı yeniləmə hazırlayır. iOS 19, Apple-ın süni zəka ekosistemi olan Apple Intelligence əsasında yeni enerji idarəetmə sistemi ilə gələcək.
    apple-bu-ilki-iphone-larin-qiymetlerini-qaldirmaq-ucun-uygun-arqument-axtarisindadir
    Cihazlar+

    Apple bu ilki iPhone-ların qiymətlərini qaldırmaq üçün uyğun arqument axtarışındadır

    Apple bu payız təqdim olunacaq yeni iPhone seriyasının qiymətlərini artırmağı planlaşdırır. Lakin şirkət qiymət artımının ABŞ-ın Çin idxalına tətbiq etdiyi yeni gömrük rüsumları ilə bağlı olduğu təəssüratını yaratmamağa çalışır.