ChatGPT mobil tətbiqi rekord qırdı!
Süni İntellekt
19.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ChatGPT mobil tətbiqi yeni mühüm mərhələyə çatıb. Appfigures analitik şirkətinin məlumatına görə, tətbiq istifadəyə verildiyi 2023-cü ilin may ayından bu günə qədər iOS və Android platformalarında istifadəçilərin ümumi xərcləri 3 milyard dolları ötüb.
Maraqlı məqam odur ki, bu məbləğin böyük hissəsi məhz 2025-ci ilin payına düşür. Qlobal miqyasda istifadəçilər bu il ChatGPT mobil tətbiqində təxminən 2,48 milyard dollar xərcləyib. Bu isə 2024-cü illə müqayisədə 408 % artım deməkdir. 2024-cü ildə tətbiqin gəliri 487 milyon dollar olmuşdu. İlk fəaliyyət ili olan 2023-cü ildə isə ChatGPT cəmi 42,9 milyon dollar gəlir əldə etmişdi.
Müqayisə üçün qeyd edək ki, ChatGPT 3 milyard dollarlıq istehlakçı xərclərinə cəmi 31 ay ərzində çatıb. Halbuki TikTok-un bu göstəriciyə çatması 58 ay çəkmişdi. Disney+ və HBO Max kimi iri yayım platformaları isə eyni həddi müvafiq olaraq 42 və 46 ayda keçə bilmişdi.
AI əsaslı tətbiqlər arasında xAI şirkətinə məxsus Grok gəlir artımı baxımından ChatGPT-yə ən yaxın platforma hesab olunur. Grok 2023-cü ilin sonunda X Premium Plus abunəçiləri üçün istifadəyə verilib, sonra isə daha geniş auditoriya üçün açılıb. Monetizasiya sürəti baxımından Grok, ChatGPT-nin göstəricilərinə ən çox yaxınlaşan AI tətbiqi olub.
Hazırda ChatGPT-nin əsas gəlir mənbəyi aylıq 20 dollarlıq Plus və 200 dollarlıq Pro abunəlikləridir. Bununla yanaşı, OpenAI gələcəkdə reklamlar, developer xidmətləri və bu yaxınlarda istifadəyə verilən tətbiqdaxili “app store” vasitəsilə əlavə gəlir mənbələri yaratmağı planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Gemini artıq AI ilə hazırlanmış videoları müəyyən edə bilir
Google Gemini yeni funksiyası ilə videolarda Google AI tərəfindən yaradılmış məzmunu SynthID su nişanı vasitəsilə müəyyən edib, bunu istifadəçiyə detallı şəkildə göstərə bilir.
Süni İntellekt
Amazon süni intellekt komandasında böyük dəyişikliklərə gedir
Şirkətin ümumi süni intellekt (AGI) üzrə rəhbəri Rohit Prasad 2026-cı ildə Amazon-dan ayrılacaq. Bu barədə Amazon-un baş direktoru Andy Jassy açıqlama verərək, şirkətin AI inkişafında “kritik bir mərhələyə” daxil olduğunu bildirib.
Süni İntellekt
Adobe süni intellekt qalmaqalı ilə üzləşib
ABŞ-də yazıçı Elizabeth Lyon-ın adından təqdim olunan kollektiv iddia (class-action) ərizəsində iddia olunur ki, Adobe öz süni intellekt modelini müəllif hüquqları ilə qorunan, lakin icazəsiz əldə edilmiş kitablar üzərində öyrədib.
Süni İntellekt
ChatGPT üçün App Directory rəsmi olaraq istifadəyə verildi
Bu yenilik istifadəçilərə ChatGPT daxilində mövcud olan bütün alət və tətbiqlərə bir yerdən baxmaq imkanı yaradır.
Süni İntellekt
Adobe Firefly yeniləndi
Şirkət Firefly-a mətn əsaslı video redaktə funksiyası əlavə edib və eyni zamanda üçüncü tərəf modellərin siyahısını genişləndirib.
Ən çox oxunanlar