ChatGPT üçün App Directory rəsmi olaraq istifadəyə verildi
Süni İntellekt
18.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, OpenAI ChatGPT üçün yeni App Directory adlı tətbiq kataloqu təqdim edib. Bu yenilik istifadəçilərə ChatGPT daxilində mövcud olan bütün alət və tətbiqlərə bir yerdən baxmaq imkanı yaradır. Eyni zamanda, OpenAI botun interfeysi daxilində işləyən yeni interaktiv tətbiqlərin hazırlanmasına şərait yaradıb.
Yeniliklər bununla məhdudlaşmır. Daha əvvəl “connectors” adlanan və Google Drive və ya Dropbox kimi xidmətlərdən ChatGPT-yə məlumat ötürməyə imkan verən alətlər artıq rəsmi olaraq “apps” adlandırılır. Dəstək səhifəsində qeyd olunur ki,:
- “chat connectors” → file search olan tətbiqlər
- “deep research connectors” → dərin araşdırma tətbiqləri
- “synced connectors” → sinxron tətbiqlər adlandırılır.
Bundan əlavə, əgər Memory funksiyası aktivdirsə, bəzi tətbiqlər istifadəçi yaddaşındakı məlumatlardan faydalana bilər. Free, Plus, Go və Pro istifadəçilər üçün isə “improve the model for everyone” seçimi aktiv olduqda, OpenAI bu məlumatlardan modellərin təlimi üçün istifadə edə bilər. Daha interaktiv təcrübə axtaranlar üçün isə ChatGPT daxilində işləyən tətbiqlər ön plana çıxır. Oktyabr ayında istifadəyə verilən Spotify və Zillow kimi tətbiqlər artıq daha çox regionda aktivdir. Məsələn, Spotify ChatGPT daxilində Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı ölkələrində də işləyir.
Yeni əlavə olunan tətbiqlər arasında Apple Music də var. Bu tətbiq istifadəçilərə musiqi tapmaq, pleylist yaratmaq və abunəçilər üçün musiqi kitabxanasını birbaşa ChatGPT üzərindən idarə etməyə imkan verir. DoorDash tətbiqi isə resept ideyalarını, yemək planlamasını və həftəlik alış siyahılarını birbaşa sifariş səbətinə çevirməyi mümkün edir.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
OpenAI GPT-5.2-ni təqdim etdi
OpenAI artan rəqabət fonunda ən yeni qabaqcıl süni intellekt modeli olan GPT-5.2-ni təqdim edib.
Süni İntellekt
OpenAI və Disney əməkdaşlıq edir!
Bu əməkdaşlıq sayəsində Star Wars və Pixar da daxil olmaqla 200-dən çox məşhur Disney personajı Sora tətbiqinə və ChatGPT-yə inteqrasiya ediləcək.
Təhlükəsizlik
ABŞ ştatları AI şirkətlərindən təhlükəsizlik standartlarını gücləndirməyi tələb edir
ABŞ ştatlarının baş prokurorları AI şirkətlərinə psixoloji zərər yarada bilən cavabları aradan qaldırmaq üçün sərt təhlükəsizlik tədbirləri tətbiq etmələri barədə ciddi xəbərdarlıq edib.
Süni İntellekt
Artıq ərzaq alış-verişini birbaşa ChatGPT-də edə biləcəksiniz
ChatGPT və Instacart inteqrasiyası ilə artıq ərzaq alış-verişi çatbot içində mümkün olacaq, amma istifadəçilərin reseptləri diqqətlə yoxlaması tövsiyə olunur.
Süni İntellekt
OpenAI: "ChatGPT-də görünən “reklamlar” real deyil"
Şirkətin ChatGPT üzrə rəhbəri Nick Turley X platformasında paylaşım edərək bildirib ki, hazırda heç bir canlı reklam testi aparılmır və yayılan şəkillər ya saxtadır, ya da reklam deyil.
Ən çox oxunanlar