OpenAI GPT-5.2-ni təqdim etdi
Süni İntellekt
12.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI artan rəqabət fonunda ən yeni qabaqcıl süni intellekt modeli olan GPT-5.2-ni təqdim edib. Şirkət bu addımı Google-un Gemini 3 modeli ilə güclənən yarışa cavab olaraq atır. GPT-5.2 həm ödənişli ChatGPT istifadəçiləri, həm də developer-lər üçün API vasitəsilə əlçatan olacaq.
Yeni model üç fərqli versiyada təqdim edilir: Instant: gündəlik sürətli sorğular, yazı və tərcümə üçün optimallaşdırılıb.
Thinking: kodlaşdırma, uzun sənədlərin analizi, riyaziyyat və planlama kimi mürəkkəb tapşırıqlarda daha güclüdür. Pro isə maksimum dəqiqlik və etibarlılıq tələb edən çətin problemlər üçün nəzərdə tutulub. OpenAI-ın məhsul üzrə rəhbəri Fidji Simo bildirib ki, GPT-5.2 istifadəçilər üçün daha çox iqtisadi dəyər yaratmaq məqsədi daşıyır. Model cədvəllər yaratmaq, təqdimatlar hazırlamaq, kod yazmaq, şəkilləri anlamaq və uzun konteksti düzgün idarə etməkdə daha bacarıqlıdır.
GPT-5.2-nin təqdimatı CEO Sam Altmanın daxili “code red” memorandumu ilə eyni dövrə təsadüf edir. Həmin sənəddə ChatGPT-nin istifadəçi trafikinin azalması və Google-a bazar payı uduzmaq riski vurğulanmışdı. Bu səbəbdən OpenAI diqqəti reklam planlarından yayındıraraq, məhsulun keyfiyyətinin artırılmasına yönəldib. Şirkət bildirir ki, GPT-5.2 kodlaşdırma, riyaziyyat, elm, görüntü analizi, uzunmüddətli məntiq və alət istifadəsi üzrə yeni "benchmark" nəticələri göstərir. OpenAI-ın öz testlərinə görə, GPT-5.2 Thinking rejimi bir çox məntiq testlərində Gemini 3 və Anthropic-in Claude Opus 4.5 modelini geridə qoyur.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
OpenAI və Disney əməkdaşlıq edir!
Bu əməkdaşlıq sayəsində Star Wars və Pixar da daxil olmaqla 200-dən çox məşhur Disney personajı Sora tətbiqinə və ChatGPT-yə inteqrasiya ediləcək.
Təhlükəsizlik
ABŞ ştatları AI şirkətlərindən təhlükəsizlik standartlarını gücləndirməyi tələb edir
ABŞ ştatlarının baş prokurorları AI şirkətlərinə psixoloji zərər yarada bilən cavabları aradan qaldırmaq üçün sərt təhlükəsizlik tədbirləri tətbiq etmələri barədə ciddi xəbərdarlıq edib.
Süni İntellekt
Artıq ərzaq alış-verişini birbaşa ChatGPT-də edə biləcəksiniz
ChatGPT və Instacart inteqrasiyası ilə artıq ərzaq alış-verişi çatbot içində mümkün olacaq, amma istifadəçilərin reseptləri diqqətlə yoxlaması tövsiyə olunur.
Süni İntellekt
OpenAI: "ChatGPT-də görünən “reklamlar” real deyil"
Şirkətin ChatGPT üzrə rəhbəri Nick Turley X platformasında paylaşım edərək bildirib ki, hazırda heç bir canlı reklam testi aparılmır və yayılan şəkillər ya saxtadır, ya da reklam deyil.
Süni İntellekt
OpenAI əlaqəsiz reklamına görə tənqid olundu
Bir çox istifadəçi söhbət zamanı "Peloton" tətbiqinin tövsiyə edilməsini ödənişli abunəçilər üçün belə reklam kimi qəbul edərək narazılıq bildirib.
Ən çox oxunanlar