Gemini artıq AI ilə hazırlanmış videoları müəyyən edə bilir
Süni İntellekt
19.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Gemini tətbiqində süni intellektlə yaradılan məzmunun yoxlanması funksiyasını videolar üçün də əlçatan edib. İstifadəçilər artıq Gemini-yə video yükləyərək “Bu video Google AI ilə yaradılıb?” sualını verə bilərlər.
Gemini video və səs hissələrini Google-a məxsus gizli su nişanı olan SynthID üzrə analiz edir. Cavab sadəcə “bəli” və ya “xeyr” olmur: sistem su nişanının videonun hansı saniyələrində aşkarlandığını da göstərir. Bu funksiya daha əvvəl, noyabr ayında yalnız Google AI ilə yaradılan və ya redaktə olunan şəkillər üçün istifadəyə verilmişdi.
Bəzi AI su nişanları asanlıqla silinə bildiyi halda, Google SynthID-ni “sezilməz” (imperceptible) adlandırır. Bununla belə, bu nişanın nə dərəcədə silinməz olduğu və digər platformaların SynthID məlumatını nə qədər effektiv tanıyacağı hələ dəqiq deyil. Sosial şəbəkələrdə AI məzmununun vahid şəkildə işarələnməməsi isə deepfake-lərin gözdən yayınmasına səbəb olur.
Gemini video yoxlaması üçün maksimum 100 MB ölçüdə və 90 saniyəyə qədər videoları qəbul edir. Funksiya Gemini tətbiqinin mövcud olduğu bütün ölkə və dillərdə əlçatandır.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Amazon süni intellekt komandasında böyük dəyişikliklərə gedir
Şirkətin ümumi süni intellekt (AGI) üzrə rəhbəri Rohit Prasad 2026-cı ildə Amazon-dan ayrılacaq. Bu barədə Amazon-un baş direktoru Andy Jassy açıqlama verərək, şirkətin AI inkişafında “kritik bir mərhələyə” daxil olduğunu bildirib.
Süni İntellekt
Adobe süni intellekt qalmaqalı ilə üzləşib
ABŞ-də yazıçı Elizabeth Lyon-ın adından təqdim olunan kollektiv iddia (class-action) ərizəsində iddia olunur ki, Adobe öz süni intellekt modelini müəllif hüquqları ilə qorunan, lakin icazəsiz əldə edilmiş kitablar üzərində öyrədib.
Süni İntellekt
Adobe Firefly yeniləndi
Şirkət Firefly-a mətn əsaslı video redaktə funksiyası əlavə edib və eyni zamanda üçüncü tərəf modellərin siyahısını genişləndirib.
Süni İntellekt
Mozilla gəlir modelini yenidən qurmaq istəyir
Mozilla yeni CEO-su ilə Firefox-un gələcəyini daha açıq şəkildə “AI mərkəzli” qurmağa hazırlaşır.
Süni İntellekt
Google Translate-dən canlı tərcümə yeniliyi!
Google Translate qulaqlıqdan asılılığı aradan qaldıraraq real vaxt ərzində tərcümə və süni intellekt dəstəyi ilə dili anlamağı daha da asanlaşdırır.
Ən çox oxunanlar