Logo
    main-post-cover

    Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb

    Süni İntellekt
    14.10.2025
    Emil
         Apple Ohayo Ştat Universiteti tədqiqatçıları Few-Step Discrete Flow-Matching (FS-DFM) adlı yeni diffuziya modelini yaradıblar. Bu model oxşar sistemlərdən 128 dəfə daha sürətli şəkildə mətn yarada bilir. Bu barədə “FS-DFM: az addımlı diffuziya dil modelləri ilə uzun mətnlərin sürətli və dəqiq generasiyası” adlı tədqiqat işində qeyd edilib. Tədqiqatın nəticələrinə əsasən, FS-DFM cəmi 8 sürətli təkmilləşdirmə addımı ilə tam mətn parçası yarada bilir. Müqayisə üçün, digər diffuziya modelləri eyni nəticəni əldə etmək üçün 1000-dən çox addım tələb edir. Bu nəticəyə nail olmaq üçün tədqiqatçılar üçmərhələli yanaşmadan istifadə ediblər:
    - Əvvəlcə model fərqli təkmilləşdirmə iterasiyalarını emal etməyi öyrənir
    - Daha sonra “müəllim” istiqamətləndirici modeli tətbiq edilir ki, bu da hər iterasiyada daha böyük və dəqiq yeniləmələr etməyə kömək edir, təyin olunmuş mətn çərçivəsindən çıxmadan
    - Nəhayət, tədqiqatçılar hər iterasiyanın işləmə mexanizmini optimallaşdırırlar, beləliklə, model daha sabit fəaliyyət göstərir və nəticəyə daha az addımla çatır.
         Daha böyük diffuziya modelləri ilə müqayisədə FS-DFM iki əsas göstərici - perpleksiya entropiya üzrə yaxşı nəticələr göstərib. Perpleksiya göstəricisi dil modellərində mətnin keyfiyyətini əks etdirir. Bu göstərici nə qədər aşağı olarsa, mətn bir o qədər dəqiq və təbii səslənir. Entropiya isə modelin hər sözü nə dərəcədə inamla seçdiyini göstərir. Əgər entropiya çox aşağıdırsa, mətn təkrarlanan və ya asanlıqla proqnozlaşdırılan ola bilər. Əgər çox yüksəkdirsə, mətn əlaqəsiz və təsadüfi sözlər toplusu kimi görünə bilər. 7 milyard parametrli Dream və 8 milyard parametrli LLaDA diffuziya modelləri ilə müqayisədə, 1.7 milyard, 1.3 milyard və 0.17 milyard parametrə malik FS-DFM variantları bütün iterasiyalar ərzində daha aşağı perpleksiya və daha stabil entropiya təmin edib. Tərtibatçılar bildirib ki, modelin kodunu və yoxlama nöqtələrini (checkpoints) paylaşmağı planlaşdırırlar ki, bu da nəticələrin təkrarlanmasını və gələcək tədqiqatları asanlaşdırsın.
    Paylaş
    Bənzər xəbərlər
    neyron-sebekeleri-internet-aktivliyinin-yalniz-1-ni-ehate-edirler
    Süni İntellekt

    Neyron şəbəkələri internet aktivliyinin yalnız 1%-ni əhatə edirlər

    Elə görünür ki, süni intellekt mövzusu hər kəsin gündəmindədir və bu sahəni inkişaf etdirən şirkətlər tez-tez istifadəçi auditoriyasının artması barədə hesabatlar verir. Lakin müstəqil tədqiqatlar göstərir ki, qlobal internet istifadəçilərinin gündəlik onlayn fəaliyyətində süni intellektin payı hələ də olduqca kiçikdir.
    qatlana-bilen-iphone-nun-qiymeti-dusunulduyunden-asagi-olacaq
    Cihazlar+

    Qatlana bilən iPhone-nun qiyməti düşünüldüyündən aşağı olacaq

    Analitiklərin proqnozlarına əsasən, Apple ilk qatlana bilən smartfonunu - şərti adı iPhone Fold - 2026-cı ilin ikinci yarısında təqdim edəcək. Gözlənilir ki, bu, şirkətin tarixindəki ən bahalı iPhone olacaq.
    microsoft-ozunun-sifirdan-hazirlamis-oldugu-mai-image-1-sekil-generatorunu-teqdim-edib
    Süni İntellekt

    Microsoft özünün sıfırdan hazırlamış olduğu MAI-Image-1 şəkil generatorunu təqdim edib

    Microsoft AI - süni intellekt sahəsində işləyən bölmə - MAI-Image-1 adlı alqoritmi təqdim edib. Bu, şirkət daxilində sıfırdan hazırlanmış ilk mətn təsviri əsasında şəkil yaradan süni intellekt generatorudur.
    apple-in-agilli-eyneyi-qosulacagi-cihazdan-asili-olaraq-muxtelif-rejimde-calisacaq
    Cihazlar+

    Apple-ın ağıllı eynəyi qoşulacağı cihazdan asılı olaraq müxtəlif rejimdə çalışacaq

    Apple-ın daxili ekrana malik ağıllı eynəyi sinxronlaşdırıldığı qurğudan asılı olaraq müxtəlif rejimlərdə işləyə biləcək. Mac kompüterinə qoşulduqda bir rejim, iPhone ilə sinxronlaşdırıldıqda isə başqa rejim aktiv olacaq.
    polisler-suni-intellekt-terefinden-yaradilan-evsiz-sexsler-trendini-dayandirmagi-xahis-edirler
    Sosial Media

    Polislər süni intellekt tərəfindən yaradılan evsiz şəxslər trendini dayandırmağı xahiş edirlər

    Süni intellekt vasitəsilə video generasiya texnologiyalarının ən açıq tətbiq sahələrindən biri məşhurların görünüşünün təqlidi olub. Hətta artıq həyatda olmayan ulduzların arxiv müsahibələrini imitasiya edən videolar da geniş yayılıb.