
Qatlana bilən iPhone-nun qiyməti düşünüldüyündən aşağı olacaq
Cihazlar+
14.10.2025
Emil
Analitiklərin proqnozlarına əsasən, Apple ilk qatlana bilən smartfonunu - şərti adı iPhone Fold - 2026-cı ilin ikinci yarısında təqdim edəcək. Gözlənilir ki, bu, şirkətin tarixindəki ən bahalı iPhone olacaq. Lakin nüfuzlu analitik Ming-Chi Kuo-nun sözlərinə görə, cihazın qiyməti əvvəlki proqnozlardan bir qədər aşağı olacaq, çünki istehsal prosesində şarnir konstruksiyası (qatlanma mexanizmi) komponentinin maya dəyəri əhəmiyyətli dərəcədə azaldılıb. Ming-Chi Kuo-nun məlumatına görə, qatlana bilən smartfonun əsas hissələrindən biri olan şarnir konstruksiyasının istehsal dəyəri kütləvi istehsal mərhələsində 70-80$ aralığında olacaq.

Bu isə əvvəlki bazar proqnozları ilə müqayisədə (100-120$ və ya daha çox) xeyli aşağı göstəricidir. Analitik qeyd edib ki, bu azalma daha ucuz materiallardan istifadə hesabına deyil, şarnir sisteminin yığım konstruksiyasının ciddi optimallaşdırılması sayəsində mümkün olub. Ming-Chi Kuo bildirib ki, şarnirin istehsalı üçün Apple-ın uzunmüddətli tərəfdaşı olan Foxconn şirkəti Tayvan istehsalçısı Shin Zu Shing ilə birgə müəssisə yaradıb. “Foxconn bir qədər daha böyük paya sahibdir və gələcək inkişaf istiqamətini müəyyənləşdirir” - deyə Kuo qeyd edib. Birgə müəssisə bütün şarnir istehsalının təxminən 65%-ni, ABŞ istehsalçısı Amphenol isə qalan 35%-ni təmin edəcək. Ehtimal olunur ki, 2027-ci ildə onlara daha bir istehsalçı - Luxshare şirkəti - da qoşulacaq. Bu isə şarnir istehsalının maya dəyərinin daha da azalmasına imkan verəcək.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Apple-ın ağıllı eynəyi qoşulacağı cihazdan asılı olaraq müxtəlif rejimdə çalışacaq
Apple-ın daxili ekrana malik ağıllı eynəyi sinxronlaşdırıldığı qurğudan asılı olaraq müxtəlif rejimlərdə işləyə biləcək. Mac kompüterinə qoşulduqda bir rejim, iPhone ilə sinxronlaşdırıldıqda isə başqa rejim aktiv olacaq.

Proqram Təminatı
Apple Clips video redaktor tətbiqinin dəstəyini dayandırıb
Apple şirkəti 2017-ci ildə istifadəyə verilmiş Clips adlı video montaj tətbiqinin dəstəyini rəsmi olaraq dayandırıb. Əvvəlcə bu tətbiq musiqi, mətn əlavələri və filtrlərlə dinamik qısa videolar yaratmaq üçün rahat bir alət kimi təqdim olunurdu və əsas məqsədi bu videoların sosial şəbəkələrdə paylaşılmasını asanlaşdırmaq idi.

Təhlükəsizlik
Apple öz sistemlərində ən kritik boşluqları aşkar edənə 5 milyon dollar mükafat verəcək
Noyabr ayında Apple öz proqram təminatındakı təhlükəsizlik boşluqlarının aşkarlanması üçün nəzərdə tutulan Security Bounty adlı mükafat proqramını yeniləyəcək. Yenilənmiş proqram kibertəhlükəsizlik tədqiqatçılarına sənayedəki ən yüksək mükafatlardan bəzilərini təqdim edəcək.

Tech-Biznes
Apple süni intellekti pirat kitablar vasitəsilə təlimatlandırdığı üçün məhkəməyə verilib
Ədəbiyyat sahəsində müəllif hüquqlarına malik şəxslərin böyük dil modellərinin yaradıcılarına qarşı iddiaları kifayət qədər tez-tez irəli sürülür və bu baxımdan Apple şirkəti istisna deyil - çünki ötən ay ona qarşı artıq müvafiq məzmunlu bir məhkəmə iddiası qaldırılıb.

Proqram Təminatı
Apple yeni reklam çarxında Windows-un “mavi ölüm ekranı”nı ələ salıb (VİDEO)
Apple yeni bir reklam kampaniyasına başlayıb və bu kampaniyada açıq şəkildə Windows əsaslı kompüterləri ələ salır. 8 dəqiqəlik reklam çarxının mərkəzində bir çoxlarına tanış olan “mavi ölüm ekranı” (BSOD) dayanır - o, istifadəçi vacib bir işlə məşğul olarkən ekranda peyda olur.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
