YouTube Billboard-la əməkdaşlığı dayandırır
Sosial Media
18.12.2025
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, YouTube musiqi yayım məlumatlarını Billboard ilə paylaşmayacağını açıqlayıb. Qərar gələn aydan qüvvəyə minəcək və bu dəyişiklikdən sonra Billboard-un ABŞ musiqi reytinqlərində YouTube üzərindən edilən baxışlar ümumiyyətlə nəzərə alınmayacaq.
Şirkət bu addımı Billboard-un musiqi reytinqlərini hesablama metodologiyasına etiraz olaraq atdığını bildirib. YouTube-un qlobal musiqi rəhbəri Lyor Cohen bildirib ki, Billboard-un istifadə etdiyi formula artıq müasir dinləyici davranışını əks etdirmir və abunə olmayan milyonlarla istifadəçinin aktivliyini nəzərə almır. Onun sözlərinə görə, uzunmüddətli danışıqlara baxmayaraq, Billboard bu mövqeyində ciddi dəyişiklik etməyə razı olmayıb.
Billboard 2013-cü ildən bəri YouTube-un məlumatlarını reytinqlərinə daxil edir. Lakin 2018-ci ildən etibarən ödənişli və abunə əsaslı dinləmələrə daha çox üstünlük verilməyə başlanıb. Bununla belə, YouTube bu dəyişiklikləri yetərli hesab etməyib və bütün dinləmələrin bərabər çəkidə qiymətləndirilməsini tələb edir. Nəticə olaraq, YouTube yanvarın 16-dan sonra Billboard-a musiqi yayım məlumatlarını təqdim etməyəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
YouTube TV 2026-cı ildə idman, xəbər və əyləncə üçün ayrıca paketlər təqdim edəcək
YouTube TV 2026-cı ildə daha sərfəli qiymətə janrlara görə ayrıca paketlər təklif edəcək.
Sosial Media
YouTube Avstraliyada 16 yaşdan kiçiklərin platformaya girişini bağlayacaq
Avstraliyada qəbul edilən yeni və mübahisəli sosial şəbəkə qanunu qüvvəyə minməyə hazırlaşdığı üçün YouTube da daxil olmaqla bir sıra platformalar 16 yaşdan aşağı istifadəçilərin girişini məhdudlaşdıracağını təsdiqləyib.
Digər
MrBeast maliyyə xidmətləri platforması yaradır
MrBeast yaxın zamanda “MrBeast Financial” adı altında maliyyə xidmətləri platforması və “Beast Mobile” mobil operatoru ilə fintech sahəsinə daxil olmağa hazırlaşır.
Sosial Media
YouTube “Recap”i təqdim etdi
YouTube illik video vərdişlərini göstərən yeni “Recap” xüsusiyyətini istifadəyə verib
Sosial Media
YouTube DM funksiyasını yenidən sınaqdan keçirir
YouTube istifadəçi tələblərini nəzərə alaraq şəxsi mesajlaşma funksiyasını yenidən platformaya gətirməyə çalışır.
Ən çox oxunanlar