Logo
    main-post-cover

    MrBeast maliyyə xidmətləri platforması yaradır

    Digər
    04.12.2025
    Sevinc
        Technote.az “Business Insider” platformasına istinadən bildirir ki, MrBeast yeni biznes istiqamətinə qədəm qoyur. Şirkətinin baş direktoru Jeffrey Housenbold The New York Times-ın DealBook Sammitində çıxışı zamanı MrBeast-in maliyyə xidmətləri platforması yaratmağa hazırlaşdığını təsdiqləyib.
         Housenbold bildirib ki, şirkət təkcə “Beast Mobile” adlı mobil operator işinə başlamır, həm də maliyyə savadlılığını artırmağa yönəlmiş “MrBeast Financial” adlı yeni platforma üzərində işləyir.
        ABŞ Patent və Ticarət Markası İdarəsinə 13 oktyabrda verilmiş müraciətdə “bankçılıq, maliyyə məsləhətləri, kripto mübadiləsi və digər xidmətləri əhatə edən mobil tətbiq və onlayn platforma” planları göstərilib. Platformanın başlanğıc mərhələdə mövcud infrastrukturdan yararlanmaq üçün başqa bir fintech şirkəti ilə əməkdaşlıq edəcəyi bildirilir. 

        Sammitdə MrBeast və CEO birlikdə səhnəyə çıxaraq YouTube ekosisteminin bu gün böyümək baxımından daha çətin hala gəlməsindən və gələn il əsas hədəfinin videoların keyfiyyətini artırmaq olacağından danışıblar.
    Paylaş