Logo
    main-post-cover

    Hakerlər zərərli proqram təminatlarını yaymaq üçün minlərlə YouTube videosundan istifadə edib

    Təhlükəsizlik
    27.10.2025
    Emil
         Check Point kibertəhlükəsizlik şirkəti xəbərdarlıq edib ki, hakerlər YouTube Ghost Network adlı kampaniya çərçivəsində zərərli proqram təminatını yaymaq üçün YouTube-da 3000-dən çox video istifadə ediblər. Videolarda Adobe Photoshop, FL Studio, Microsoft Office Roblox oyunları üçün pulsuz versiyalar və çitlər təklif olunurdu. Videoların altında yerləşdirilmiş saxta şərhlər onların guya qanuni və təhlükəsiz olduğunu göstərmək məqsədi daşıyırdı. İstifadəçilər Dropbox, Google Drive və ya MediaFire platformalarından arxivləri endirərkən faylları açmazdan əvvəl Windows Defender-i söndürmələri üçün təlimat alırdılar.
         Bu yükləmələrdə Lumma Rhadamanthys kimi şifrələri və kriptovalyuta portmanatlarının məlumatlarını oğurlayan zərərli tətbiqlər yerləşdirilmişdi. Hakerlər mövcud YouTube hesablarını sındırır və ya öz saxta kanallarını yaradırdılar. Məsələn, 129 000 abunəçisi olan sındırılmış bir kanalda Photoshop tətbiqinin guya “hack” versiyasını göstərən video paylaşılıb və o, 291 000 baxış toplayıb. Başqa bir video isə FL Studio barədə olub və 147 000-dən çox baxış qazanıb.
         Check Point Research bu kampaniya barədə Google-a məlumat verib və videoların böyük əksəriyyəti artıq bloklanaraq silinib. 2023-cü ildə hakerlər 15.3 milyon abunəçiyə malik məşhur YouTube kanalı Linus Tech Tips-i sındırmışdılar. Həmin vaxt kanalda kriptovalyuta ilə bağlı fırıldaqçı reklamlar yerləşdirilmiş və istifadəçilərə keçidə daxil olaraq pulsuz bitcoin əldə etməyi təklif edən canlı yayım başladılmışdı. Nəticədə, istifadəçilər keçid və ya QR kod vasitəsilə saxta saytlara yönləndirilirdilər. Həmin saytlarda onlara guya sponsorluqla əlaqəli faylı yükləmək təklif olunurdu, lakin əslində bu fayllar zərərli proqram təminatı idi.
    Paylaş
    Bənzər xəbərlər
    chatgpt-atlas-brauzeri-istifadecilerin-sifrelerini-sizdira-bilir
    Təhlükəsizlik

    ChatGPT Atlas brauzeri istifadəçilərin şifrələrini sızdıra bilir

    Kibertəhlükəsizlik mütəxəssisləri keçən həftənin əvvəlində OpenAI tərəfindən təqdim edilmiş ChatGPT Atlas brauzerini tənqid ediblər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, tətbiq edilən qoruma tədbirlərinə baxmayaraq, brauzer gizli prompt şəklində olan injection hücumlarından qorunmayıb.
    youtube-shorts-dan-asililigi-azaltmaq-ucun-limit-teyini-funksiyasi-istifadeye-verilib
    Sosial Media

    YouTube Shorts-dan asılılığı azaltmaq üçün limit təyini funksiyası istifadəyə verilib

    YouTube-da istifadəçilərin Shorts videolarına sərf etdikləri vaxtı idarə etməyi asanlaşdıran yeni funksiya istifadəyə verilib. İndi mobil cihaz sahibləri gündəlik limit təyin edə biləcəklər.
    youtube-yeni-funksiyasi-ile-deepfake-lere-muharibe-elan-edib
    Sosial Media

    YouTube yeni funksiyası ilə deepfake-lərə müharibə elan edib

    YouTube “Likeness detection” adlı yeni funksiyanın tam işə salındığını elan edib. Bu funksiya kontent müəlliflərinə süni intellekt vasitəsilə yaradılmış və onların səsini və ya üzünü əks etdirən videoları YouTube-da tapmağa, belə videolara nəzarət etməyə və onların silinməsi üçün müraciət göndərməyə imkan verəcək.
    hakerler-fbi-abs-edliyye-nazirliyi-ve-diger-dovlet-qurumlarinin-yuzlerle-emekdasinin-melumatlarini-sizdirdiqlarini-iddia-edirler
    Təhlükəsizlik

    Hakerlər FBI, ABŞ Ədliyyə Nazirliyi və digər dövlət qurumlarının yüzlərlə əməkdaşının məlumatlarını sızdırdıqlarını iddia edirlər

    Com adlı haker icmasının tərkibində fəaliyyət göstərən Scattered LAPSUS$ Hunters qrupu - son illərdə baş verən böyük məlumat sızıntılarının arxasında duran qrup - yüzlərlə dövlət qulluqçusunun, o cümlədən FBI, ABŞ Ədliyyə Nazirliyi, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ Miqrasiya və Gömrük Polisi əməkdaşlarının adlarını və şəxsi məlumatlarını dərc edib.
    youtube-avtodublyaji-videodaki-sexsin-dodaq-hereketleri-ile-sinxronlasdira-bilecek
    Sosial Media

    YouTube, avtodublyajı videodakı şəxsin dodaq hərəkətləri ilə sinxronlaşdıra biləcək

    YouTube süni intellekt əsaslı yeni texnologiyanı sınaqdan keçirir. Bu texnologiya avtomatik tərcümə zamanı danışanların dodaq hərəkətlərini sinxronlaşdırmaq üçün nəzərdə tutulub.