YouTube DM funksiyasını yenidən sınaqdan keçirir
Sosial Media
21.11.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, YouTube platformaya yenidən şəxsi mesajlaşma imkanını gətirməyə cəhd edir. Şirkətin dəstək səhifəsində qeyd olunub ki, yeni özəllik istifadəçilərə videoları birbaşa platforma daxilində paylaşmaq və müzakirə etmək imkanı verəcək. Hazırda test yalnız İrlandiya və Polşada, 18 yaşdan yuxarı istifadəçilər üçün aparılır. Lakin şəxsi mesajlarda adətən məxfilik gözlənilsə də, Google bildirib ki, mesajlar icma qaydalarına uyğunluğun təmin edilməsi üçün nəzərdən keçirilə bilər.
Bu, YouTube-un mesajlaşma sahəsində ilk addımı deyil. Platforma 2017-ci ildə DM funksiyasını istifadəyə vermiş, lakin 2019-cu ildə bu xüsusiyyəti silərək diqqəti şərhlərdəki ictimai müzakirələrə yönəltmişdi. İndi isə şirkət altı il sonra eyni funksiyanı yenidən sınayır. Google-un sözlərinə görə, bu, istifadəçilərin ən çox tələb etdiyi funksiyalardan biridir və bu dəfə daha geniş miqyasda tətbiq oluna bilər.
Paylaş
Bənzər xəbərlər
Təhlükəsizlik
Hakerlər zərərli proqram təminatlarını yaymaq üçün minlərlə YouTube videosundan istifadə edib
Check Point kibertəhlükəsizlik şirkəti xəbərdarlıq edib ki, hakerlər YouTube Ghost Network adlı kampaniya çərçivəsində zərərli proqram təminatını yaymaq üçün YouTube-da 3000-dən çox video istifadə ediblər.
Sosial Media
YouTube Shorts-dan asılılığı azaltmaq üçün limit təyini funksiyası istifadəyə verilib
YouTube-da istifadəçilərin Shorts videolarına sərf etdikləri vaxtı idarə etməyi asanlaşdıran yeni funksiya istifadəyə verilib. İndi mobil cihaz sahibləri gündəlik limit təyin edə biləcəklər.
Sosial Media
YouTube yeni funksiyası ilə deepfake-lərə müharibə elan edib
YouTube “Likeness detection” adlı yeni funksiyanın tam işə salındığını elan edib. Bu funksiya kontent müəlliflərinə süni intellekt vasitəsilə yaradılmış və onların səsini və ya üzünü əks etdirən videoları YouTube-da tapmağa, belə videolara nəzarət etməyə və onların silinməsi üçün müraciət göndərməyə imkan verəcək.
Sosial Media
YouTube, avtodublyajı videodakı şəxsin dodaq hərəkətləri ilə sinxronlaşdıra biləcək
YouTube süni intellekt əsaslı yeni texnologiyanı sınaqdan keçirir. Bu texnologiya avtomatik tərcümə zamanı danışanların dodaq hərəkətlərini sinxronlaşdırmaq üçün nəzərdə tutulub.
Sosial Media
YouTube playeri tamamilə yeni interfeysi əldə edib
YouTube video platforması veb versiyanı, Android, iOS və smart televizorlar üçün tətbiqləri əhatə edən genişmiqyaslı interfeys yeniləməsini qlobal şəkildə istifadəyə veriYouTube video platforması veb versiyanı, Android, iOS və smart televizorlar üçün tətbiqləri əhatə edən genişmiqyaslı interfeys yeniləməsini qlobal şəkildə istifadəyə verib.
Ən çox oxunanlar