Logo
    main-post-cover

    Google-un iOS tətbiqində Simplify adlı faydalı funksiya istifadəyə verilib

    Proqram Təminatı
    07.05.2025
    Emil
         Google süni zəka əsaslı yeni funksiyanı təqdim edib. Bu funksiya iPhone istifadəçilərinə internetdə rast gəlinən çətin terminologiyanı daha asan anlamaqda kömək edəcək. Alət Simplify adlanır və artıq iOS tətbiqində yayılmağa başlayıb. Simplify funksiyası veb-səhifədə seçilmiş mətni birbaşa Google tətbiqi daxilində - əlavə resurslara keçid olmadan - daha sadə və anlaşılan formaya çevirə bilir. The Verge-in yazdığına görə, bu funksiya Gemini adlı süni zəka modeli əsasında hazırlanıb və məqsədi peşəkar və texniki leksikanı geniş auditoriya üçün daha əlçatan etməkdir.
    A GIF example showing the Google apps Simplify feature for iOS.
         Şirkətin sözlərinə görə, Simplify funksiyası tibbi və ya elmi terminləri mənasını təhrif etmədən izah edə bilir. Məsələn, “emfizema” termini “ağciyərlərdəki hava kisəciklərinin zədələndiyi vəziyyət” kimi, “fibroz” isə “zədələnməyə cavab olaraq birləşdirici toxumanın sərtləşməsi və ya çapıqlı toxuma əmələ gəlməsi” kimi izah olunur. Bu da aləti xüsusilə elmi məqalələr, tibbi hesabatlar və ya hüquqi sənədlər kimi mürəkkəb materialların oxunması üçün əlverişli edir.
         Google bildirir ki, testlər zamanı istifadəçilər mətnlərin sadələşdirilmiş versiyalarını orijinala nisbətən xeyli daha faydalı hesab ediblər. iOS üçün Google tətbiqində bu funksiyanı aktivləşdirmək üçün sadəcə veb-səhifədə istədiyiniz mətn hissəsini seçmək və açılan menyuda Simplify işarəsini klikləmək kifayətdir. The Verge nəşrinin AndroidChrome brauzerində bu funksiyanın da istifadəyə verilib-verilməyəcəyi ilə bağlı sualına cavab olaraq Google nümayəndəsi Jennifer Kutz bildirib: “Hazırda bu istiqamətdə plan yoxdur, lakin biz hər zaman faydalı funksiyaları digər məhsullarımıza da əlavə etməyə çalışırıq”.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    yeni-qanun-apple-i-kenar-tetbiq-magazalarina-icaze-vermeye-mecbur-edecek
    Proqram Təminatı

    Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək

    ABŞ-da rəqəmsal məzmun üzrə iri platformalar, o cümlədən Apple və Google üçün oyunun qaydalarını dəyişə biləcək qanun layihəsi müzakirəyə təqdim olunub. Sənədə əsasən, tətbiq mağazalarının böyük operatorları istifadəçilərə üçüncü tərəf mağazalarını quraşdırmağa və onları əsas mağaza kimi istifadə etməyə icazə verməlidirlər.
    yenilenmis-gemini-25-pro-preview-suni-zeka-modeli-teqdim-edilib
    Süni İntellekt

    Yenilənmiş Gemini 2.5 Pro Preview süni zəka modeli təqdim edilib

    Google flaqman süni zəka modelinin təkmilləşdirilmiş versiyasını - Gemini 2.5 Pro Preview (I/O Edition) təqdim edib. Şirkətin bəyanatına görə, yeni model əvvəlki versiyaları bir sıra əsas göstəricilər üzrə geridə qoyur.
    google-un-reklam-monopoliyasinin-aradan-qaldirilmasi-ucun-sert-plan-teklif-edilib
    Tech-Biznes

    Google-un reklam monopoliyasının aradan qaldırılması üçün sərt plan təklif edilib

    Məhkəmə Google-u onlayn reklam bazarında inhisarçı olaraq tanıdıqdan sonra vəziyyətin düzəldilməsi üçün hansı tədbirlərin görülməli olduğu ilə bağlı araşdırma prosesi başlayıb.
    google-a-qarsi-antimonopoliya-iddiasi-firefox-un-suqutuna-sebeb-ola-biler
    Tech-Biznes

    Google-a qarşı antimonopoliya iddiası Firefox-un süqutuna səbəb ola bilər

    ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı qaldırdığı antiinhisar iddiası Firefox-un mövcudluğunu təhlükə altına sala bilər. Mozilla şirkəti xəbərdarlıq edib ki, axtarış nəhəngi ilə tərəfdaşlıq münasibətlərinin itirilməsi, brauzerin əsas maliyyə mənbəyinin itməsinə görə fəlakətli nəticələrə səbəb ola bilər.
    google-gemini-suni-zeka-modellerinden-birinin-tehlukesizlik-baximindan-zeif-oldugu-melum-olub
    Süni İntellekt

    Google Gemini süni zəka modellərindən birinin təhlükəsizlik baxımından zəif olduğu məlum olub

    Google-un daxili qiymətləndirmələrinə əsasən, bir neçə müddət öncə təqdim edilmiş süni zəka modeli bəzi təhlükəsizlik testlərində əvvəlki versiyadan daha zəif nəticə göstərib.