Logo
    main-post-cover

    Yeni qanun Apple-ı kənar tətbiq mağazalarına icazə verməyə məcbur edəcək

    Proqram Təminatı
    07.05.2025
    Emil
         ABŞ-da rəqəmsal məzmun üzrə iri platformalar, o cümlədən Apple Google üçün oyunun qaydalarını dəyişə biləcək qanun layihəsi müzakirəyə təqdim olunub. Sənədə əsasən, tətbiq mağazalarının böyük operatorları istifadəçilərə üçüncü tərəf mağazalarını quraşdırmağa və onları əsas mağaza kimi istifadə etməyə icazə verməlidirlər. The Verge-in yazdığına görə, qanun layihəsində Apple adı açıq şəkildə çəkilməsə də, ABŞ-da 100 milyondan çox istifadəçisi olan mağazalara sahib şirkətlərə yönəlib. Bu isə həm App Store, həm də Google Play-ə aiddir. Xüsusilə, layihə tərtibatçılara alternativ ödəniş sistemlərindən istifadə etməyə icazə verilməsini, istifadəçilərə isə əvvəlcədən quraşdırılmış tətbiqləri silmək və ya gizlətmək imkanı yaradılmasını nəzərdə tutur.
         Bundan əlavə, şirkətlər tərtibatçılara interfeyslərə, funksiyalara və inkişaf alətlərinə əlavə ödəniş tələb etmədən bərabər çıxış imkanı təmin etməyə borclu olacaqlar. Qanunun pozulması halında ABŞ Federal Ticarət Komissiyası tərəfindən cərimələr, həmçinin hər bir pozuntu üzrə 1 milyon dollara qədər mülki sanksiyalar tətbiq edilə bilər. Qeyd edək ki, bu kimi qanunlar artıq Avropa Birliyində qüvvədədir. Apple bu qanunlara əsasən üçüncü tərəf tətbiq mağazalarının quraşdırılmasına icazə verməyə və tərtibatçılara alternativ ödəniş sistemlərinə yönləndirən keçidlər əlavə etməyə məcbur olub.
         Bu, Epic Games-ə qarşı açılan məhkəmə işi üzrə qərara cavab olaraq həyata keçirilib. Google da oxşar addımlar ataraq, Android cihazları ilk dəfə işə salındıqda istifadəçiyə əsas brauzeri seçmək imkanı verən seçim ekranı əlavə edib. Bu təşəbbüs ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Kat Cammack tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, böyük tətbiq mağazaları istifadəçi məlumatlarını nəzarətdə saxlayır və onları tərtibatçıların alternativ həlləri əvəzinə daxili ödəniş sistemlərindən istifadə etməyə məcbur edir. Bu isə yüksək qiymətlərə, məhdud seçim imkanına, rəqabətin boğulmasına və nəticədə “innovasiyaların qarşısının alınmasına” gətirib çıxarır.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    yenilenmis-gemini-25-pro-preview-suni-zeka-modeli-teqdim-edilib
    Süni İntellekt

    Yenilənmiş Gemini 2.5 Pro Preview süni zəka modeli təqdim edilib

    Google flaqman süni zəka modelinin təkmilləşdirilmiş versiyasını - Gemini 2.5 Pro Preview (I/O Edition) təqdim edib. Şirkətin bəyanatına görə, yeni model əvvəlki versiyaları bir sıra əsas göstəricilər üzrə geridə qoyur.
    google-un-reklam-monopoliyasinin-aradan-qaldirilmasi-ucun-sert-plan-teklif-edilib
    Tech-Biznes

    Google-un reklam monopoliyasının aradan qaldırılması üçün sərt plan təklif edilib

    Məhkəmə Google-u onlayn reklam bazarında inhisarçı olaraq tanıdıqdan sonra vəziyyətin düzəldilməsi üçün hansı tədbirlərin görülməli olduğu ilə bağlı araşdırma prosesi başlayıb.
    apple-in-rusum-xercleri-sebebile-iphone-larin-qiymetleri-artacaq
    Cihazlar+

    Apple-ın rüsum xərcləri səbəbilə iPhone-ların qiymətləri artacaq

    Apple-ın son gəlir hesabatı göstərir ki, şirkət hələlik məhsullarının qiymətini artırmadan əlavə tarif xərclərini özü qarşılayır. Lakin ekspertlər düşünürlər ki, bu vəziyyət uzun çəkməyəcək, çünki Apple rentabelliyini qorumağa xüsusi önəm verir.
    apple-artiq-iphone-17-air-in-boyuk-ekranli-davamcisi-uzerinde-calisir
    Cihazlar+

    Apple artıq iPhone 17 Air-in böyük ekranlı davamçısı üzərində çalışır

    Apple-ın bu ilki ən parlaq smartfonu iPhone 17 Air olacağı vəd edilir - bu model seriyada rekord dərəcədə nazik, cəmi 5.5 mm qalınlığa malik gövdə ilə təqdim olunmalıdır.
    google-a-qarsi-antimonopoliya-iddiasi-firefox-un-suqutuna-sebeb-ola-biler
    Tech-Biznes

    Google-a qarşı antimonopoliya iddiası Firefox-un süqutuna səbəb ola bilər

    ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı qaldırdığı antiinhisar iddiası Firefox-un mövcudluğunu təhlükə altına sala bilər. Mozilla şirkəti xəbərdarlıq edib ki, axtarış nəhəngi ilə tərəfdaşlıq münasibətlərinin itirilməsi, brauzerin əsas maliyyə mənbəyinin itməsinə görə fəlakətli nəticələrə səbəb ola bilər.