Logo
    main-post-cover

    Google-a qarşı antimonopoliya iddiası Firefox-un süqutuna səbəb ola bilər

    Tech-Biznes
    06.05.2025
    Emil
         ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı qaldırdığı antiinhisar iddiası Firefox-un mövcudluğunu təhlükə altına sala bilər. Mozilla şirkəti xəbərdarlıq edib ki, axtarış nəhəngi ilə tərəfdaşlıq münasibətlərinin itirilməsi, brauzerin əsas maliyyə mənbəyinin itməsinə görə fəlakətli nəticələrə səbəb ola bilər. Firefox uzun illərdir Chrome Safari-yə alternativ olaraq qalıb, lakin ABŞ Ədliyyə Nazirliyi Google-un Firefox da daxil olmaqla üçüncü tərəf brauzerlərində əsas axtarış sistemi statusunu almaq üçün ödəniş etməsini qadağan etməyi tələb edir. Bu tələb Google-un axtarış bazarındakı inhisarçılığına qarşı hökumətin qəbul etdiyi qərarın bir hissəsidir. PCWorld xatırladır ki, federal məhkəmə keçən il bu inhisarçılığı qeyri-qanuni hesab etmişdi.
         Lakin Mozilla üçün bu tədbirlər, gəlirlərinin 85%-ni təşkil edən Google ilə olan razılaşmanın itirilməsi demək ola bilər. Mozilla-nın maliyyə direktoru Eric Muhlheim-in sözlərinə görə, bu maliyyələşmənin itirilməsi şirkətdə genişmiqyaslı ixtisarlara səbəb olacaq, çünki Firefox Mozilla Foundation təşkilatının gəlirlərinin təxminən 90%-ni təmin edir. Əgər brauzerin inkişafına yatırılan investisiyalar azalarsa, Firefox istifadəçilərini itirmək və nəticədə fəaliyyətini dayandırmaq riski ilə üz-üzə qalacaq. Həmçinin Mozilla-nın süni zəka sahəsindəki araşdırmaları da daxil olmaqla digər layihələri də təhlükə altına düşə bilər. Eyni zamanda vurğulanır ki, Google üçün tətbiq olunacaq məhdudiyyətlər onun bazardakı üstünlüyünü daha da gücləndirə bilər. Muhlheim qeyd edir ki, Firefox-un Gecko adlı mühərriki İT nəhənglərinə deyil, qeyri-kommersiya təşkilatına məxsus olan yeganə brauzer texnologiyasıdır.
         Əgər Firefox bazardan yox olarsa, yalnız Google Chrome və Apple Safari qalacaq ki, bu da rəqabəti daha da zəiflədəcək. Mozilla artıq digər axtarış sistemləri, xüsusilə də Microsoft ilə danışıqlar aparır və Bing-i əsas axtarış sistemi kimi qəbul etmə imkanını müzakirə edir. Lakin bu qədər böyük bir şirkət olsa da, Microsoft-un Google qədər maliyyə təklifi verəcəyi çətin görünür. Qeyd etmək lazımdır ki, Mozilla daha əvvəl də əsas axtarış sistemini dəyişməyə çalışmışdı, lakin istifadəçilərin sərt tənqidi ilə üzləşmişdi. Analitiklərin fikrincə, əgər Firefox həqiqətən bağlanmaq təhlükəsi ilə üzləşərsə, bu, bütövlükdə internet sənayesi üçün ciddi zərbə olacaq. Çünki bu brauzer onilliklər ərzində azsaylı müstəqil seçimlərdən biri olub və onun yox olması bazarın tam şəkildə Google və Apple arasında bölüşdürülməsinə səbəb ola bilər.
    Mənbə: PCWorld
    Paylaş
    Bənzər xəbərlər
    google-gemini-suni-zeka-modellerinden-birinin-tehlukesizlik-baximindan-zeif-oldugu-melum-olub
    Süni İntellekt

    Google Gemini süni zəka modellərindən birinin təhlükəsizlik baxımından zəif olduğu məlum olub

    Google-un daxili qiymətləndirmələrinə əsasən, bir neçə müddət öncə təqdim edilmiş süni zəka modeli bəzi təhlükəsizlik testlərində əvvəlki versiyadan daha zəif nəticə göstərib.
    google-dan-butun-reklam-biznesinin-satilmasi-teleb-olunur
    Tech-Biznes

    Google-dan bütün reklam biznesinin satılması tələb olunur

    ABŞ Ədliyyə Nazirliyi (DOJ) Google AdX reklam birjası və Google Ad Manager platformasının məcburi şəkildə ayrılmasına çalışacaq. Nazirliyin fikrincə, bu aktivlərin ayrılması Alphabet holdinqinin (Google şirkətinin sahibi) rəqəmsal reklam bazarındakı monopoliyasını aradan qaldırmağın yeganə yoludur.
    google-reklamlari-cat-botlarla-yazismalarda-ortaya-cixmaga-baslayib
    Proqram Təminatı

    Google reklamları çat-botlarla yazışmalarda ortaya çıxmağa başlayıb

    Google startapların çat-botları ilə aparılan yazışma interfeysində reklam göstərməyə başlayıb. Bu addımla Alphabet holdinqi rəqəmsal reklam sahəsində liderliyini qorumağa çalışır - çünki generativ süni zəka bazarının inkişafı şirkətin mövqelərini təhlükə altına salır.
    google-search-de-ai-mode-funksiyasi-istifadeye-verilib
    Proqram Təminatı

    Google Search-də AI Mode funksiyası istifadəyə verilib

    Bu ilin əvvəlində Google, şirkətin rəsmi tətbiqinə inteqrasiya edilmiş süni zəka texnologiyaları əsasında işləyən axtarış çat-botunu - AI Mode funksiyasını təqdim edəcəyini elan etmişdi.
    google-ceo-su-antimonopoliya-tedbirleri-google-search-u-tamamile-mehv-edecek
    Tech-Biznes

    Google CEO-su: "Antimonopoliya tədbirləri Google Search-ü tamamilə məhv edəcək"

    Google-un baş direktoru Sundar Pichai ABŞ Ədliyyə Nazirliyinin (DOJ) Google axtarış sisteminin monopoliyasını məhdudlaşdırmaq və şirkəti öz axtarış indeksi məlumatları və sıralama alqoritmlərini rəqiblərlə minimal qiymətə paylaşmağa məcbur etmək planlarını məhkəmədə sərt şəkildə tənqid edib.