Logo
    main-post-cover

    Samsung Galaxy S26 Pro-nun render fotoları təqdim edilib

    Cihazlar+
    11.09.2025
    Emil
         OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdimatı gözlənilən Samsung Galaxy S26 Pro smartfonunun render fotolarını və onun barəsində bəzi təfərrüatları təqdim edib. Fotolardan da görmək olar ki, Galaxy S26 Pro smartfonu özündə yastı gövdə dizaynını birləşdirəcək və onun arxa panelində uzunsov oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Bununla yanaşı görmək olar ki, smartfon olduqca nazik ekran ətrafı çərçivələrə sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfonun gövdəsi alüminium materialdan hazırlanacaq. İnsayderin məlumatlarına inansaq, smartfon 6.3 düym ölçülü ekranı əldə edəcək və onun gövdə qalınlığı 6.96 mm təşkil edəcək.
    Paylaş