Logo
    main-post-cover

    Samsung Galaxy Tab S11 və Tab S11 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    04.09.2025
    Emil
         Samsung şirkəti Galaxy Tab S11 planşet seriyasını təqdim edib. Seriyaya 2 model daxil olub: Galaxy Tab S11Tab S11 Ultra. Bu yeni 2 planşet xarici görünüşcə bir-birindən bir qədər fərqlənir. Adi Galaxy Tab S11 modelinin arxa panelində bir ədəd kamera, Galaxy Tab S11 Ultra modelinin arxa panelində isə iki ədəd kamera yerləşir. Bununla yanaşı Galaxy Tab S11 Ultra modelinin ekran ətrafı çərçivələri daha nazikdir və onun ekranı üzərində damcı formalı çıxıntı yerləşir. Galaxy Tab S11 modeli 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym ölçülü Dynamic AMOLED 2X ekranla, Galaxy Tab S11 Ultra modeli isə 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2960x1848 piksel keyfiyyətli 14.6 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunub.
         Hər planşetdə ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Planşetlərdə barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Onların gövdələri isə IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdirlər. Hər iki planşet Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini özündə birləşdirir. Hər iki planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır. Galaxy Tab S11 modeli 12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini, Galaxy Tab S11 Ultra modeli isə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
         Galaxy Tab S11 modeli özündə 13 MP-lik arxa kameranı, Galaxy Tab S11 Ultra modeli isə özündə 13 MP + 8 MP ikili arxa kameranı birləşdirir. Hər iki planşetdə ön kamera 12 MP-dir. Batareyaya gəldikdə isə Galaxy Tab S11 modeli 8400 mAh enerji tutumlu batareya ilə, Galaxy Tab S11 Ultra modeli isə 11 600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki planşet 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Bu yeni planşetlər artıq bugün bəzi ölkələrdə satışa çıxırlar. Galaxy Tab S11 modelinin qiyməti 799$-dan, Galaxy Tab S11 Ultra modelinin qiyməti isə 1199$-dan start götürür
    Paylaş
    Bənzər xəbərlər
    samsung-galaxy-s25-fe-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Samsung Galaxy S25 FE təqdim olunub - QİYMƏTİ

    Samsung şirkəti rəsmi şəkildə Galaxy S25 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy S25 FE-dən gedir. Bu yeni smartfon özündə müasir dizaynı, böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı birləşdirir.
    exynos-2600-prosessoru-yeni-geekbench-testlerinde-flaqman-neticeler-sergileyib
    Elm & Texnologiya

    Exynos 2600 prosessoru yeni Geekbench testlərində flaqman nəticələr sərgiləyib

    Görünür, Samsung şirkəti 2 nanometrlik texnoloji prosesi sonunda mənimsəyə bilib. Qeyd etmək lazımdır ki, şirkət hal-hazırda bu texnoloji proses əsasında Exynos 2600 prosessoru üzərində çalışır.
    samsung-galaxy-tab-a11-4g-planseti-geekbench-testlerinden-kecib
    Cihazlar+

    Samsung Galaxy Tab A11 4G planşeti Geekbench testlərindən keçib

    Samsung şirkəti yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy Tab A11-dən gedir. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni planşet Geekbench testlərindən keçib.
    samsung-galaxy-s26-modellerinin-govde-qalinliqlari-aciqlanib
    Cihazlar+

    Samsung Galaxy S26 modellərinin gövdə qalınlıqları açıqlanıb

    İnsayderlər Samsung-un flaqman smartfonu almağı düşünənlər üçün maraqlı insayder məlumatı yayıblar. İnsayderlərin məlumatına görə, koreyalı istehsalçı gələcək Galaxy S26 seriyasının smartfonlarının gövdələrini daha da incə edəcək.
    agilli-saat-bazarinda-huawei-apple-i-geride-qoyaraq-dunya-liderine-cevrilib
    Tech-Biznes

    Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib

    2025-ci ilin ikinci rübünün yekunlarına görə Huawei ilk dəfə ağıllı saat tədarükü həcminə görə Apple-ı geridə qoyaraq dünyada birinci yerə çıxıb. Bu nailiyyətdə əsas rol Çin bazarına məxsusdur, hansı ki, dünya üzrə cihaz tədarükünü illik müqayisədə 8% artırıb. Müsbət dinamikanın bərpası qlobal ağıllı saat bazarının canlanmasını göstərdi.