Samsung Galaxy S26 Edge smartfonunun ilk render fotoları təqdim edilib
Cihazlar+
05.09.2025
Emil
Samsung şirkəti bu il nazik gövdəli Galaxy S25 Edge smartfonunu təqdim etdi. Şirkət gələn il bu ənənəni davam etdirməli və Galaxy S26 Edge modelini təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder hazırlanan Galaxy S26 Edge smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy S26 Edge modeli yastı gövdə dizaynını və fərqli arxa kamera sahəsini əldə edəcək. Belə ki, smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və o sahə yuxarı hissəni tamamilə əhatə edəcək. Kamera sahəsinin daxilində isə 2 ədəd kamera mövcud olacaq. Məlumata əsasən Galaxy S26 Edge smartfonunun gövdə qalınlığı 5.5 mm təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Samsung Galaxy Tab S11 və Tab S11 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti Galaxy Tab S11 planşet seriyasını təqdim edib. Seriyaya 2 model daxil olub: Galaxy Tab S11 və Tab S11 Ultra. Bu yeni 2 planşet xarici görünüşcə bir-birindən bir qədər fərqlənir.
Cihazlar+
Samsung Galaxy S25 FE təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti rəsmi şəkildə Galaxy S25 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy S25 FE-dən gedir. Bu yeni smartfon özündə müasir dizaynı, böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı birləşdirir.
Elm & Texnologiya
Exynos 2600 prosessoru yeni Geekbench testlərində flaqman nəticələr sərgiləyib
Görünür, Samsung şirkəti 2 nanometrlik texnoloji prosesi sonunda mənimsəyə bilib. Qeyd etmək lazımdır ki, şirkət hal-hazırda bu texnoloji proses əsasında Exynos 2600 prosessoru üzərində çalışır.
Cihazlar+
Samsung Galaxy Tab A11 4G planşeti Geekbench testlərindən keçib
Samsung şirkəti yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy Tab A11-dən gedir. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni planşet Geekbench testlərindən keçib.
Cihazlar+
Samsung Galaxy S26 modellərinin gövdə qalınlıqları açıqlanıb
İnsayderlər Samsung-un flaqman smartfonu almağı düşünənlər üçün maraqlı insayder məlumatı yayıblar. İnsayderlərin məlumatına görə, koreyalı istehsalçı gələcək Galaxy S26 seriyasının smartfonlarının gövdələrini daha da incə edəcək.
Ən çox oxunanlar