
OnePlus 15-in hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Cihazlar+
25.09.2025
Emil
OnePlus şirkəti yaxın aylar ərzində OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. Şirkət bu yeni smartfonunun təqdimat tarixini hələ açıqlamasa da, onun hansı prosessoru əldə edəcəyini artıq indidən rəsmi şəkildə elan edib. OnePlus tərəfindən təqdim edilmiş posterə əsasən OnePlus 15 smartfonu Qualcomm-un yenicə təqdim etmiş olduğu Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq OnePlus təsdiqləyib ki, OnePlus 15-in ekranı 165 Hz-lik təsvir yenilənməsinin dəstəyinə sahib olacaq. Çox güman ki, bu, mobil oyunlar üçün nəzərdə tutulacaq. OnePlus 15-in təqdimat tarixinin yaxın müddətdə elan ediləcəyi gözlənilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus 15 smartfonu Geekbench testlərindən keçib
Gözləntilərə əsasən OnePlus şirkəti öz növbəti flaqman smartfonu olacaq OnePlus 15-i ilin sonuna kimi təqdim edəcək. İndi isə məlum olub ki, bu smartfon Geekbench testlərindən keçib.

Cihazlar+
OnePlus 15-in ilk real fotosu ortaya çıxıb
OnePlus şirkəti yaxın müddətdə və ya ilin sonuna kimi OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə internetdə bu yeni smartfonun ilk real fotosu ortaya çıxıb.

Cihazlar+
OnePlus Pad 3R planşeti Geekbench testlərindən keçib
OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad 3R-dən gedir. İndi isə məlum olub ki, bu yeni planşet Geekbench testlərindən keçib.

Cihazlar+
Hələ təqdim olunmamış OnePlus 15 smartfonu Geekbench testlərindən keçib
OnePlus şirkəti yaxın aylar ərzində OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub.

Cihazlar+
Büdcəli OnePlus Nord Buds 3r qulaqlığı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti Nord Buds 3r adlı yeni naqilsiz qulaqlığını təqdim edib. OnePlus Nord Buds 3r 12.4 mm-lik dinamik drayverlərlə təchiz olunub və bu drayverlər titan örtüklü vibrasiya membranına malikdirlər.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
