Logo
    main-post-cover

    Dözümlü gövdəyə sahib Samsung Galaxy XCover 7 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.04.2025
    Emil
         Samsung şirkəti dözümlü gövdəyə sahib yeni orta səviyyəli smartfonunu təqdim edib. Söhbət, Galaxy XCover 7 Pro-dan gedir. Beləliklə Galaxy XCover 7 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym ölçülü TFT LCD ekranla təchiz olunub. Ekran üstəlik Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Məlumatda qeyd edilib ki, ekran Vision Booster texnologiyasının dəstəyinə sahibdir. Bu texnologiya günəşli havada ekranın parlaqlıq səviyyəsinin artırılmasına imkan verir. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Üstəlik onun gövdəsi MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Smartfon Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışır 6 GB RAM ilə 128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy XCover 7 Pro özündə 50 MP + 8 MP ikili arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 4350 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İstifadəçi fərdi şəkildə batareyanı rahatlıqla dəyişə bilər. Galaxy XCover 7 Pro bu ay ərzində satışa çıxacaq və onun qiyməti 610 avro təşkil edəcək.
    Mənbə: Samsung
    Paylaş