Logo
    main-post-cover

    Samsung 8 ədəd Galaxy smartfonu üçün proqram təminatı dəstəyini dayandırıb

    Proqram Təminatı
    09.04.2025
    Emil
         Samsung bəzi yeni flaqman modelləri üçün dəstək müddətini 8 ilə qədər uzadıb. Lakin bu yenilik bütün rəsmi cihazlara şamil olunmayıb - son günlərdə keçmiş illərin 8 Galaxy smartfonu artıq təhlükəsizlik yeniləmələri də daxil olmaqla heç bir dəstəyi almayacaq cihazlar siyahısına əlavə edilib. Şirkətin saytında dərc olunmuş yenilənmiş dəstək siyahısından növbəti modellər çıxarılıb: Galaxy S20, S20+S20 Ultra. Yaxın günlərdə bu siyahıdan Galaxy S20 FE də çıxarılacaq - bu model əsas seriyadan bir qədər gec buraxıldığından hələ də aktual modellər sırasında yer alır. Bundan əlavə, artıq rəsmi olaraq Galaxy A32, A72, A52 5G, A52 A52s modelləri də yeniləmə almayacaqlar. Galaxy S20 seriyası buraxıldıqdan sonra ilk 4 il ərzində aylıq təhlükəsizlik yeniləmələri, son il isə rüblük yeniləmələr alırdı. Hazırda isə Samsung-un yeni flaqman modelləri artıq 5 deyil, 7 il ərzində yenilənəcəklər.
    Mənbə: Sammobile
    Paylaş