Logo
    main-post-cover

    Dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro-nun render fotosu yayımlanıb

    Cihazlar+
    08.04.2025
    Emil
         Samsung dözümlü gövdəyə sahib orta səviyyəli smartfonu Galaxy XCover 7 Pro-nun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun render fotosu yayımlanıb. Render fotodan da göründüyü kimi, adi Galaxy XCover 7 ilə müqayisədə əsas xarici dəyişiklik arxa paneldə ikinci kamera modulunun əlavə olunmasıdır ki, bu da çəkiliş imkanlarını genişləndirir. Məlumata görə, Galaxy XCover 7 Pro smartfonu 50 MP-lik əsas kameraya və onu tamamlayan yeni 8 MP-lik ultra genişbucaqlı kameraya sahib olacaq.
         Ön tərəfdə isə 13 MP-lik kamera ekranın üst hissəsindəki kiçik damcı formalı çıxıntıda yerləşdirilib. Gözlənilir ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.6 düym ölçülü IPS ekran ilə təchiz olunacaq. Smartfonun Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacağı və 4350 mAh enerji tutumlu batareyaya sahib olacağı ehtimal olunur. Cihazın gövdəsi IP68 standartı üzrə toz və suya davamlı olacaq, eləcə də MIL-STD-810H hərbi standartının tələblərinə cavab verəcək. sertifikatına əsasən zərbəyə davamlılığı qoruyacaq.
    Paylaş