
Avropa Birliyi Telegram istifadəçilərinin bütün yazışmalarını skan etmək istəyirmiş
Təhlükəsizlik
15.10.2025
Emil
Pavel Durov bildirib ki, Avropa Birliyi demək olar ki, bütün istifadəçilərin şəxsi yazışmalarını skan etməyi məcburi edən bir qanun layihəsini qəbul edəcəkdi. Telegram rəhbəri bu barədə Fransadakı bütün istifadəçilərə xəbərdarlıq mesajı göndərərək bildirib ki, bu cür tədbirlər vətəndaşların smartfonlarını izləmə alətlərinə çevirə bilərdi. Durov-un sözlərinə görə, bu qanunvericilik təşəbbüsünün təşəbbüskarı Fransa olub. Ölkənin həm keçmiş, həm də hazırkı daxili işlər nazirləri - Bruno Retailleau və Laurent Nunez - bu təklifi dəstəkləyiblər. Bundan əlavə, onlar ötən ilin mart ayında bəyan etmişdilər ki, polis fransız vətəndaşlarının şəxsi yazışmalarına çıxış əldə etməlidir. Qanun layihəsini Emmanuel Macron ilə əlaqəli olan Renaissance hərəkatının və sağ mərkəzçi Respublikaçılar partiyasının deputatları dəstəkləyiblər.

Telegram rəhbərinin sözlərinə görə, bu cür tədbirlər formal olaraq cinayətkarlığa qarşı mübarizə məqsədi daşıyır, lakin əslində yalnız adi istifadəçiləri əhatə edir. Çünki cinayətkarlar VPN və ya xüsusi saytlar vasitəsilə bu skanlamadan yayınmaq imkanına malikdirlər, hökumət və polis əməkdaşlarının xidməti yazışmaları isə qanun layihəsinə əsasən məcburi nəzarətdən azaddır. “Yalnız SİZ - adi vətəndaşlar - şəxsi mesajlarınızın və fotolarınızın ifşa olunması riski ilə üzləşəcəksiniz” - deyə Telegram məlumatında qeyd olunub. Qanunun qəbulunun qarşısı son anda Almaniyanın təşəbbüsə qarşı çıxması sayəsində alınıb. Bununla belə, Telegram hesab edir ki, Fransa hakimiyyətinin şəxsi yazışmalara tam giriş əldə etmək istəyi səbəbindən Fransiya və digər Avropa Birliyi ölkələrinin vətəndaşlarının əsas hüquqları hələ də təhlükə altındadır.
Paylaş
Bənzər xəbərlər

Təhlükəsizlik
Peyk rabitəsi vasitəsilə məlumatlar şifrələnməmiş şəkildə ötürülürmüş
Kaliforniya Universitetinin San-Dieqo kampusu və Merilend Universitetinin alimləri təxminən 800$ dəyərində peyk avadanlığı dəsti vasitəsilə peykləri, o cümlədən hərbi peykləri sındırıb onlardan məlumatları ələ keçirməyi öyrəniblər.

Təhlükəsizlik
Apple öz sistemlərində ən kritik boşluqları aşkar edənə 5 milyon dollar mükafat verəcək
Noyabr ayında Apple öz proqram təminatındakı təhlükəsizlik boşluqlarının aşkarlanması üçün nəzərdə tutulan Security Bounty adlı mükafat proqramını yeniləyəcək. Yenilənmiş proqram kibertəhlükəsizlik tədqiqatçılarına sənayedəki ən yüksək mükafatlardan bəzilərini təqdim edəcək.

Təhlükəsizlik
App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
OpenAI tərəfindən hazırlanmış və mətn təsvirinə əsasən videolar yaratmağa imkan verən Sora tətbiqinin sürətli şəkildə məşhurluq qazanması bir çox dələduzları bundan qazanc əldə etməyə cəhd göstərməyə vadar edib.

Sosial Media
Telegram-da qrup zənglərində rəylər və s. yeni funksiyalar istifadəyə verilib
Telegram messencerinin administrasiyası tətbiqin növbəti yeniləməsini təqdim edib. İndi servis qrup zəngləri zamanı yazışmanı dəstəkləyir, istifadəçiyə doğum tarixini göstərmək imkanı təklif olunur, profil dizaynı və hədiyyələrin idarə olunması üçün yeni funksiyalar əlavə edilib.

Sosial Media
Telegramın yaradıcısı Pavel Durov: "İndiki nəsil informasiya azadlığına sahib olan sonuncu nəsil ola bilər"
Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, indiki nəsil informasiya azadlığına sahib olan sonuncu nəsil ola bilər. Onun sözlərinə görə, əvvəllər azad hesab olunmuş ölkələrdə tətbiq edilən “antiutopik tədbirlər” nəticəsində internetdə bir vaxtlar azad informasiya mübadiləsi vədi verən məkan indi nəzarət üçün güclü alətə çevrilir.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
