
Peyk rabitəsi vasitəsilə məlumatlar şifrələnməmiş şəkildə ötürülürmüş
Təhlükəsizlik
14.10.2025
Emil
Kaliforniya Universitetinin San-Dieqo kampusu və Merilend Universitetinin alimləri təxminən 800$ dəyərində peyk avadanlığı dəsti vasitəsilə peykləri, o cümlədən hərbi peykləri sındırıb onlardan məlumatları ələ keçirməyi öyrəniblər. Bu nisbətən asan alınmışdı - çünki belə məlumatlar çox vaxt şifrələnmir. Tədqiqatçılar avadanlığı San-Dieqonun La-Hoya rayonunda yerləşən universitet binasının damında quraşdırıb və Cənubi Kaliforniyadan çatdığı qədər geosinxron orbitdə olan peyklərin siqnallarını ələ keçirməyə başlayıblar. Onlar antenanı müxtəlif aparatlara yönəldiblər və bir neçə ay ərzində onların siqnallarını tədqiq etdikdən sonra geniş həcmdə məxfi məlumatlar toplaya biliblər.

Mətn mesajları və telefon zənglərinin yazıları, aviaşirkət sərnişinlərinin uçuş zamanı istifadə etdikləri Wi-Fi vasitəsilə veb-sörfinq tarixçəsi, kritik infrastruktur obyektlərinin - o cümlədən elektrik stansiyalarının və dəniz neft-qaz platformalarının - iştirak etdikləri yazışmaların məlumatları, həmçinin ABŞ və Meksika hərbi və hüquq-mühafizə orqanlarının işçilərinin yazışmaları, hansı ki, şəxsi heyətin, avadanlığın və obyektlərin yerləşməsini ifşa edir. Layihə üzərində işi başladarkən alimlər bu məlumatların şifrələnmiş olacağını düşünürdülər, lakin məlum oldu ki, belə deyil. “Təhlükəsizlik üsulları belə qurulmuşdu: onlar sadəcə hesab edirdilər ki, heç kim bu peykləri yoxlayıb nə daşıdıqlarını araşdırmayacaq. Yəni heç kim bu işlə məşğul olmaz deyə düşünmüşdülər” - deyə tədqiqat qrupunun rəhbərlərindən biri bildirib.

Məsələ aydınlaşdıqdan sonra alimlər məlumatları ifşa olunmuş bütün şirkətləri və dövlət qurumlarını xəbərdar ediblər. Onlardan bəziləri, o cümlədən T-Mobile və AT&T Mexico, dərhal reaksiya verərək trafik şifrələməsini aktivləşdiriblər, lakin hələ hamısı bu addımı atmayıb. Coğrafi əhatə dairəsinin məhdud olması və yalnız bir ucuz qəbuledici ilə məlumat toplanması nəzərə alınarsa, tədqiqatçıların ələ keçirdikləri məlumatlar ötürülən ümumi trafikin çox kiçik bir hissəsini təşkil edir. Bununla belə, problemin qlobal miqyası dünyanın digər bölgələrində daha ciddi ola bilər.
Paylaş
Bənzər xəbərlər

Təhlükəsizlik
Apple öz sistemlərində ən kritik boşluqları aşkar edənə 5 milyon dollar mükafat verəcək
Noyabr ayında Apple öz proqram təminatındakı təhlükəsizlik boşluqlarının aşkarlanması üçün nəzərdə tutulan Security Bounty adlı mükafat proqramını yeniləyəcək. Yenilənmiş proqram kibertəhlükəsizlik tədqiqatçılarına sənayedəki ən yüksək mükafatlardan bəzilərini təqdim edəcək.

Təhlükəsizlik
App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
OpenAI tərəfindən hazırlanmış və mətn təsvirinə əsasən videolar yaratmağa imkan verən Sora tətbiqinin sürətli şəkildə məşhurluq qazanması bir çox dələduzları bundan qazanc əldə etməyə cəhd göstərməyə vadar edib.

Təhlükəsizlik
70 000 Discord istifadəçisinin şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlər sızdırılıb
Discord platforması bildirib ki, texniki dəstək xidməti göstərən üçüncü tərəf provayderinin sisteminə edilmiş kiberhücum nəticəsində təxminən 70 000-ə yaxın istifadəçinin şəxsi məlumatları, o cümlədən şəxsiyyət vəsiqəsini təsdiq edən sənədlərin fotoları sızdırıla bilərdi.

Təhlükəsizlik
Şimali Koreya hakerləri 2025-ci ilin əvvəlindən 2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Elliptic mütəxəssislərinin hesablamalarına görə, bu ilin əvvəlindən Şimali Koreyadan olan hakerlər ümumilikdə 2 milyard dollardan çox dəyərində kriptovalyuta aktivlərini ələ keçiriblər - bu, Şimali Koreya kibercinayətkarları üçün rekord göstəricidir.

Təhlükəsizlik
Hakerlər Huawei-nin konfidensial məlumatlarını əldə etdiklərini bildiriblər
Kibercinayətkarlar Huawei şirkətinin daxili repozitoriyalarını sındırdıqlarını və oradan guya məxfi mənbə kodlarını və tərtibat vasitələrini ələ keçirdiklərini bildiriblər. Sızmanın baş verdiyi hələlik təsdiqlənməyib, lakin hakerlərin iddiaları doğru olarsa, bu, şirkət və onun dünyanın müxtəlif ölkələrindəki müştəriləri üçün ciddi risklər yarada bilər.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
