Logo
    main-post-cover

    Qətərdə nəhəng 3D printer vasitəsilə binalar çap edilir

    Elm & Texnologiya
    11.07.2025
    Emil
         Qətər dünyada ən böyük 3D tikinti layihəsini işə salıb. Dohanın yaxınlığındakı səhrada hər biri 20 000 m² sahəyə malik iki məktəb inşa olunur - onların ümumi sahəsi bu günə qədər 3D printerlə çap edilmiş istənilən binadan 40 dəfə böyükdür. Hər məktəb iki mərtəbəli olacaq və fasadları səhranın qum təpələrindən ilhamlanaraq əyri formalarda dizayn ediləcək. Tikintinin 2025-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Layihə, ümumilikdə 14 təhsil müəssisəsinin inşasını nəzərdə tutan genişmiqyaslı dövlət təşəbbüsünün bir hissəsidir. Layihəyə Qətərin İctimai İşlər İdarəsinin dəstəyi ilə UCC Holding rəhbərlik edir. Binaların çapı üçün Danimarkanın COBOD şirkətinə məxsus avadanlıqlardan istifadə olunur - 50 metr uzunluğunda, 30 metr enində və 15 metr hündürlüyündə olan iki nəhəng BODXL printeri. Bu ölçülər Boeing 737 təyyarəsinin saxlandığı anbarın ölçüləri ilə müqayisə edilə bilər.
         Hər iki məktəb 100x100 metr ölçülü sahələrdə inşa olunan iki mərtəbəli binalar kimi layihələndirilib. Digər 3D tikinti layihələri kimi, bu məktəblər də qat-qat sement qarışığının ekstrudiyası üsulu ilə yaradılır - qarışıq robotlaşdırılmış başlıq vasitəsilə verilir. Bu başlıq əvvəlcədən müəyyən olunmuş çertyoj üzrə hərəkət edərək binanın divarlarını və konstruktiv elementlərini formalaşdırır. Çap prosesi tamamlandıqdan sonra dam, pəncərələr və qapılar əl ilə əlavə olunur. Məktəblərin dizaynı təbiətdən ilhamlanıb: onların əyri divarları Qətər səhrasındakı qum təpələrini xatırladır. Belə dizaynı klassik tikinti üsulları ilə reallaşdırmaq, böyük maliyyə və texniki resurslar tələb edərdi. 3D çap texnologiyası material və beton qarışığı sərfiyyatını azaldır ki, bu da ənənəvi tikinti üsulları ilə müqayisədə karbon izini əhəmiyyətli dərəcədə aşağı salır.
         Tikintiyə başlamazdan əvvəl komanda 100-dən çox tamölçülü test obyektini çap edib və mütəxəssisləri COBOD avadanlığı ilə işləmək üçün təlimatlandırıb. Çap əsasən gecə saatlarında həyata keçirilir - bu, yüksək temperaturdan yayınmaq və qatların keyfiyyətini artırmaq üçün edilir. Bu yanaşma həmçinin enerji sərfiyyatını və tikinti tozunun miqdarını azaldır. Bu günə qədər ABŞ-da yerləşən, sahəsi 930 m² olan atçılıq-idman kompleksi dünyada ən böyük 3D-çaplı bina hesab olunurdu. Yeni Qətər layihəsi isə bunu dəfələrlə üstələyir: iki məktəbin ümumi sahəsi 40 000 m² təşkil edəcək. Bu, tikinti texnologiyalarının yeni mərhələyə keçdiyini göstərir. Tikintinin 2025-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Layihə Qətərin rəqəmsal tikinti və davamlı şəhər infrastrukturunun inkişafı sahəsində lider mövqeyini daha da möhkəmləndirir.
    Paylaş
    Bənzər xəbərlər
    cinliler-beyin-nezaretcisi-vasitesile-arini-kiborqa-cevire-bilibler
    Elm & Texnologiya

    Çinlilər beyin nəzarətçisi vasitəsilə arını kiborqa çevirə biliblər

    Çinli alimlər dünyanın ən yüngül beyin nəzarətçisini yaratdıqlarını və bu cihaz vasitəsilə adi bal arısını kiborqa çevirdiklərini bildiriblər. İnfraqırmızı uzaqdan idarəetmə pultu ilə verilən əmrlərə əsasən, arı dönmə manevrləri edərək müəyyən olunmuş istiqamətə doğru uçub.
    robot-od-kisesi-emeliyyatini-ugurla-heyata-kecirib
    Elm & Texnologiya

    Robot öd kisəsi əməliyyatını uğurla həyata keçirib

    Con Hopkins Universitetinin alimləri tərəfindən yaradılmış robot-cərrah ilk dəfə olaraq insan bədəninə maksimal dərəcədə bənzər bir model üzərində öd kisəsinin çıxarılması üzrə mürəkkəb əməliyyatı müstəqil şəkildə həyata keçirib.
    apple-oz-cihazlari-ucun-7-yeni-cip-uzerinde-calisir
    Elm & Texnologiya

    Apple öz cihazları üçün 7 yeni çip üzərində çalışır

    Apple öz cihazlarının aparat platformasında genişmiqyaslı yenilənməsi üzərində çalışır. iOS 18-in erkən versiyasının kodunda smartfonlar, noutbuklar, saatlar və rabitə modulları üçün nəzərdə tutulmuş 7 yeni Apple çipinin adı aşkar edilib.
    turkiye-raketleri-siradan-cixaran-silahini-ugurla-test-edib-video
    Elm & Texnologiya

    Türkiyə raketləri sıradan çıxaran silahını uğurla test edib (VİDEO)

    Türkiyənin müdafiə şirkəti Aselsan, infraqırmızı nişanlama sisteminə malik raketlərə qarşı hazırlanmış Yıldırım-100 silah sisteminin sınaqlarını həyata keçirib. İstehsalçının məlumatına görə, hədəflər uğurla məhv edilib.
    tesla-optimus-robotunun-funksionalligini-azaltmali-ve-ya-istehsalini-texire-salmali-olacaq
    Elm & Texnologiya

    Tesla Optimus robotunun funksionallığını azaltmalı və ya istehsalını təxirə salmalı olacaq

    TrendForce mütəxəssisləri daha əvvəl yayımlanmış məlumatı təsdiqləyiblər: Tesla-nın insanabənzər Optimus robotlarının kütləvi istehsalına hazırlıqda problemlərlə üzləşdiyi doğrudur.