
Türkiyə raketləri sıradan çıxaran silahını uğurla test edib (VİDEO)
Elm & Texnologiya
09.07.2025
Emil
Türkiyənin müdafiə şirkəti Aselsan, infraqırmızı nişanlama sisteminə malik raketlərə qarşı hazırlanmış Yıldırım-100 silah sisteminin sınaqlarını həyata keçirib. İstehsalçının məlumatına görə, hədəflər uğurla məhv edilib. Sınaqlar Yıldırım-100 sisteminin “hava-hava” və “yer-hava” sinfinə aid raketləri aşkar etmək, izləmək və yüksək enerjili lazer şüaları ilə onların istiqamətlənmə başlıqlarını sıradan çıxararaq məhv etmək qabiliyyətini təsdiqləyib. Ucuz portativ zenit-raket komplekslərinin geniş yayılması nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları üçün məhv edilmə riskini son dərəcə artırıb. Əksər hallarda bir raket zərbəsi təyyarənin tamamilə məhv olmasına və döyüş tapşırığının uğursuzluqla nəticələnməsinə səbəb ola bilər.
İstifadə olunan ənənəvi müdafiə üsulları, yəni işıq siqnalları müasir istilik nişanlanma sistemli raketlərin meydana çıxması ilə effektivliyini itirib. Növbəti müdafiə xətti kimi isə infraqırmızı istiqamətli təsir sistemləri ön plana çıxır. “Birbaşa infraqırmızı əks tədbir” (DIRCM) sistemi tamamilə avtomatik rejimdə işləyir, 360 dərəcəlik yarımkürəvi əhatə təmin edir və eyni anda bir neçə təhdidi neytrallaşdıra bilir,. Tureldə iki qoşa modul yerləşdirilib: sürətli hədəf izləmə sensoru və yüksək güclü lazer şüa yayıcısı. Ayrı bir elektron idarəetmə bloku həm ultrabənövşəyi, həm də infraqırmızı raket xəbərdarlıq sistemləri ilə əlaqələnərək sinxronlaşdırılmış müdaxilə təmin edir.

Son sınaqlar zamanı sistem yaxınlaşan raketləri müstəqil şəkildə tanıyıb və dəqiq lazer atəşi ilə onların nişanlanma avadanlığını sıradan çıxarıb, nəticədə raketlər hədəfə çatmadan istiqamətdən yayınmağa məcbur olublar. Aselsan Yıldırım-100 sisteminin döyüş tapşırıqlarını yerinə yetirməyə tam hazır olduğunu vurğulayıb. Yıldırım-100 sisteminin konstruktor xüsusiyyəti aşağı texniki xidmət tələbləri ilə fərqlənir. O, az enerji sərfiyyatına, kompakt ölçülərə və yüngül çəkiyə malikdir. Açıq arxitekturaya sahib interfeysi isə NATO-nun standart xəbərdarlıq sistemləri ilə uyğunluq təşkil edir. Bu xüsusiyyətlər sistemi həm yeni, həm də təhlükəli şəraitdə işləyən köhnə model təyyarələr üçün ideal seçimə çevirir.
Mənbə: Interesting Engineering
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Tesla Optimus robotunun funksionallığını azaltmalı və ya istehsalını təxirə salmalı olacaq
TrendForce mütəxəssisləri daha əvvəl yayımlanmış məlumatı təsdiqləyiblər: Tesla-nın insanabənzər Optimus robotlarının kütləvi istehsalına hazırlıqda problemlərlə üzləşdiyi doğrudur.

Elm & Texnologiya
Huawei 3000 km yürüş məsafəli yeni batareya hazırlayıb
Huawei sulfid əsaslı bərk batareya üçün patent alıb. Bu batareya 400-500 vatt·saat/kq enerji sıxlığına malikdir ki, bu da müasir elektromobil batareyaları ilə müqayisədə 2-3 dəfə yüksək göstəricidir.

Elm & Texnologiya
Google DeepMind robotlara daxili nitq imkanını vermək istəyir
DeepMind “agentdaxili nitq” adlanan bir sistem üzərində çalışır. Bu, süni zəka agentləri üçün daxili monoloq funksiyasıdır və robotlara gördüklərini təsvir etməyə və bunu uyğun hərəkətlərlə əlaqələndirməyə kömək edir.

Elm & Texnologiya
Çin istehsalı robot uzaq məsafədən distant idarə ilə steyk bişirə bilib
Tesla şirkəti insanabənzər Optimus robotlarını sadə, insan baxımından asan manipulyasiyalara öyrətməkdə ilk uğurlarını nümayiş etdirərkən, diqqətli və skeptik müşahidəçilər videolarda robotun yaxınlığında işləyən operatoru fərq edirdilər.

Elm & Texnologiya
Dyson gələcəyin çiyələk fermasını inşa edib (VİDEO)
Dyson şirkəti İngiltərənin Linkolnşir bölgəsində 10 hektarlıq sahədə yerləşən şaquli ferma inşa edib. Bu fermada 1 225 000 ədəd çiyələk kolu yetişdirilir.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
