Logo
    main-post-cover

    Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır

    Elm & Texnologiya
    07.04.2025
    Emil
         Bu ilin fevral ayına olan məlumata əsasən Elon Musk-ın startapı 3 nəfərin beyninə implant yerləşdirib. Bu şəxslər bütün bədən hissələrinin hərəkət qabiliyyətini itirmiş şəxslərdir. Onlardan birincisi - Noland Arbaugh barədə ən çox məlumat var. O, artıq 1 ildir ki, başında implantla yaşayır. Hazırda Neuralink dünyanın müxtəlif yerlərindən könüllülər axtarır. Bundan əvvəl Neuralink-in beyin implantları ilə bağlı klinik testlər yalnız ABŞ və Kanada ilə məhdudlaşırdı, baxmayaraq ki, Böyük Britaniyada da hazırlıq işləri aparılırdı. Keçən həftə şirkət X sosial şəbəkəsində elan yerləşdirərək dünyanın hər yerindən könüllülərin beyin implantı sınaqlarında iştirak üçün müraciət edə biləcəyini açıqladı.
         Hazırkı mərhələdə əsas seçim meyarı - kompüteri düşüncə ilə idarə etməyi öyrənmək istəyindən əlavə - 4 bədən hissəsinin iflicinin mövcudluğudur. Xatırladaq ki, Neuralink-in ilk pasienti Noland Arbaugh hazırda noutbukla işləməyi öyrənib və siçan işarəsini sözün əsl mənasında düşüncə gücü ilə çevik şəkildə idarə edir. O, təkcə strategiya oyunları oynamır, eyni zamanda onurğa zədəsi səbəbindən yarımçıq qalmış universitet təhsilini də distant şəkildə davam etdirir. İmplant yerləşdirilməzdən əvvəl o, yalnız dişləri ilə tutduğu stilus vasitəsilə idarə olunan planşetlə YouTube-da videolar izləyə bilirdi.
         Neuralink-in ikinci pasienti, Alex adlı şəxs, avtomobil qəzası nəticəsində 4 bədən hissəsinin hərəkət qabiliyyətini itirib. Lakin Neuralink implantı yerləşdirildikdən sonra o, dizayner kimi fəaliyyətini bərpa edə bilib və indi təkcə eskizlər çəkmir, həm də ixtisaslaşmış proqram təminatında müxtəlif detalları layihələndirir. Son vaxtlar o, Arduino platformasında avtomatlaşdırma vasitələrinin proqramlaşdırılmasını da öyrənməyə başlayıb. Alex implantın köməyi ilə əlil arabasına quraşdırılmış xüsusi ştativdə yerləşdirilmiş smartfonu idarə edir. O, həmçinin düşüncə gücü ilə idarə olunan robotlaşdırılmış qolla bağlı təcrübədə iştirak edir.
         Neuralink-in üçüncü pasienti, Brad adlı şəxs, bədən hissələrinin hərəkət qabiliyyətini yan amiotrofik skleroz (ALS) xəstəliyi nəticəsində itirib. Xəstəlik onu demək olar ki, tamamilə hərəkətsiz hala salıb - yalnız gözlərini və dodaqlarının künclərini hərəkət etdirə bilirdi. Neuralink implantı yerləşdirilməzdən əvvəl o, məlumatı yalnız xüsusi proqram təminatı vasitəsilə ötürə bilirdi. Bu proqram göz hərəkətlərini izləyərək hərflərin daxil edilməsinə imkan verirdi və yalnız sabit və düzgün işıqlandırılmış otaqlarda işləyirdi. Bu isə Brad-i demək olar ki, daim yarıqaranlıq şəraitdə evdə qalmağa məcbur edirdi. Implantın yerləşdirilməsi isə ona düşüncə gücü ilə daha sürətli mətn yığmağı öyrənmək imkanı verib və bunu artıq evdən kənarda da edə bilir.
    Mənbə: Bloomberg
    Paylaş
    Bənzər xəbərlər
    avropada-dunyanin-en-guclu-kule
    Elm & Texnologiya

    Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb

    Bir neçə gün öncə Siemens Gamesa şirkəti dünyanın ən güclü külək turbininin quraşdırılmasını tamamlayaraq Çin istehsalçılarına ciddi rəqib olduğunu göstərdi.
    abs-da-dunyanin-en-kicik-kardiostimulyator-hazirlanib
    Elm & Texnologiya

    ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb

    ABŞ-ın Northwestern Universitetinin alimləri dünyada ən kiçik ürək ritm tənzimləyicisini (kardiostimulyator) təqdim ediblər - onun ölçüsü düyü dənəsi ilə müqayisə oluna bilər.
    cinde-6-yasli-usagin-idrak-qabiliyyetine-sahib-robot-hazirlanib-video
    Elm & Texnologiya

    Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)

    Çində təkmilləşdirilmiş ümumi təyinatlı süni zəka sistemi ilə təchiz olunmuş ilk humanoid (insanabənzər) robot - TongTong 2.0 təqdim olunub.
    tecrubi-beyin-implanti-fikirleri-suretli-sekilde-nitqe-cevire-bilir
    Elm & Texnologiya

    Təcrübi beyin implantı fikirləri sürətli şəkildə nitqə çevirə bilir

    Danışmaq qabiliyyətini itirmiş pasientlər, əgər düşünülmüş sözlərin səsli nitqə çevrilməsi üzrə yeni texnologiya kliniki istifadəyə qədər çatdırılarsa, yenidən aktiv nitqi ünsiyyətə qayıda bilərlər.
    spacex-in-crew-dragon-kosmik-gemisi-mulki-ekipajla-birlikde-ilk-defe-qutblere-dogru-ucusa-yollandi-video
    Elm & Texnologiya

    SpaceX-in Crew Dragon kosmik gəmisi mülki ekipajla birlikdə ilk dəfə qütblərə doğru uçuşa yollandı (VİDEO)

    SpaceX şirkəti Fram2 adlı özəl pilotlu missiyanın həyata keçirilməsinə başlayıb. Bu missiya çərçivəsində Crew Dragon kosmik gəmisi ilk dəfə olaraq tamamilə mülki ekipajla Yer kürəsini qütblər ətrafında dövrə vuraraq qütb orbitinə çıxacaq.