Logo
    main-post-cover

    Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb

    Elm & Texnologiya
    04.04.2025
    Emil
         Bir neçə gün öncə Siemens Gamesa şirkəti dünyanın ən güclü külək turbininin quraşdırılmasını tamamlayaraq Çin istehsalçılarına ciddi rəqib olduğunu göstərdi. Hal-hazırda Avropa şirkətləri əsasən 14-15 meqavat gücündə külək turbinləri istehsal etdiyi halda, Siemens Energy-nin törəmə bölməsi Danimarkanın sahil sularında 21.5 meqavat gücündə turbin quraşdırıb. İndiyə qədər dünyanın ən güclü külək turbinlərinin istehsalında Çin şirkətləri, o cümlədən Dongfang ElectricMingYang lider mövqedə idilər.
         Onlar 18-20 meqavat gücündə turbinlər istehsal etmiş və 26 meqavatlıq turbin yaratmaq planlarını açıqlamışdılar. Fərdi turbinlərin gücü nə qədər yüksəkdirsə, onların istehsal etdikləri enerji bir o qədər ucuz başa gəlir. Lakin bu nəhəng, hətta Eyfel qülləsi ilə müqayisə oluna biləcək hündürlükdə olan konstruksiyaların daşınması və quraşdırılması xeyli xərc tələb edir və ciddi texnoloji çətinliklərlə müşayiət olunur.
         Avropalı külək turbinləri istehsalçısı yüksək güclü qurğuların quraşdırılması və istismarı ilə bağlı bütün çətinliklərin fərqindədirlər. Buna görə də Siemens Energy hələlik 21.5 meqavatlıq turbinlərin kommersiya istehsalına başlanması barədə yekun qərar verməyib. İlk qurğu texnologiyaların sınaqdan keçirilməsi üçün bir növ test poliqonu rolunu oynayacaq. Onun istismarı və təkmilləşdirilməsi üçün lisenziya Danimarka hakimiyyəti tərəfindən 2027-ci ilə qədər verilib. Bu müddət ərzində şirkət belə turbinlərin kütləvi istehsalına başlamaq barədə qərar verəcək, yaxud diqqətini daha aşağı güclü qurğuların istehsalına yönəldəcək.
    Paylaş
    Bənzər xəbərlər
    abs-da-dunyanin-en-kicik-kardiostimulyator-hazirlanib
    Elm & Texnologiya

    ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb

    ABŞ-ın Northwestern Universitetinin alimləri dünyada ən kiçik ürək ritm tənzimləyicisini (kardiostimulyator) təqdim ediblər - onun ölçüsü düyü dənəsi ilə müqayisə oluna bilər.
    cinde-6-yasli-usagin-idrak-qabiliyyetine-sahib-robot-hazirlanib-video
    Elm & Texnologiya

    Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)

    Çində təkmilləşdirilmiş ümumi təyinatlı süni zəka sistemi ilə təchiz olunmuş ilk humanoid (insanabənzər) robot - TongTong 2.0 təqdim olunub.
    tecrubi-beyin-implanti-fikirleri-suretli-sekilde-nitqe-cevire-bilir
    Elm & Texnologiya

    Təcrübi beyin implantı fikirləri sürətli şəkildə nitqə çevirə bilir

    Danışmaq qabiliyyətini itirmiş pasientlər, əgər düşünülmüş sözlərin səsli nitqə çevrilməsi üzrə yeni texnologiya kliniki istifadəyə qədər çatdırılarsa, yenidən aktiv nitqi ünsiyyətə qayıda bilərlər.
    spacex-in-crew-dragon-kosmik-gemisi-mulki-ekipajla-birlikde-ilk-defe-qutblere-dogru-ucusa-yollandi-video
    Elm & Texnologiya

    SpaceX-in Crew Dragon kosmik gəmisi mülki ekipajla birlikdə ilk dəfə qütblərə doğru uçuşa yollandı (VİDEO)

    SpaceX şirkəti Fram2 adlı özəl pilotlu missiyanın həyata keçirilməsinə başlayıb. Bu missiya çərçivəsində Crew Dragon kosmik gəmisi ilk dəfə olaraq tamamilə mülki ekipajla Yer kürəsini qütblər ətrafında dövrə vuraraq qütb orbitinə çıxacaq.
    abs-da-dunyanin-en-balaca-ucan-robotu-hazirlanib
    Elm & Texnologiya

    ABŞ-da dünyanın ən balaca uçan robotu hazırlanıb

    Robototexnikanın miniatürləşdirilməsı texnoloji inkişafla məhdudlaşır. Avtonom robot enerji mənbəyi, idarəedici elektronika və hərəkətverici mexanizmlərlə təchiz olunmalıdır ki, bunlar da birlikdə onun çəkisini və ölçülərini müəyyənləşdirir.